Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycan şahmatçıları “Qatar Masters Open-2015” turnirinin favoritləri sırasındadır

Azərbaycan şahmatçıları “Qatar Masters Open-2015” turnirinin favoritləri sırasındadır

Azərbaycan prezidenti “Qatar Petroleum”un icraçı direktoru ilə görüşdü (26 Fevral 2017 22:03)
Azərbaycan Prezidenti “Qatar Petroleum”un icraçı direktoru ilə görüşüb (26 Fevral 2017 21:42)
Azərbaycan taekvondoçuları “Turkish Open”də 7 medal qazanıb (13 Fevral 2017 10:17)

Tarix: 2 Dekabr 2015 14:28


Bakı, 2 dekabr, AZƏRTAC
Dekabrın 19-dan 30-dək Qətərin paytaxtı Dohada şahmat mövsümünün mötəbər turniri olan “Qatar Masters Open-2015” keçiriləcək.
AZƏRTAC xəbər verir ki, doqquz turdan ibarət olacaq açıq turnirdə İsveçrə sistemi tətbiq ediləcək. İkinci dəfə start götürəcək “Qatar Masters” açıq turnirinin favoritləri siyahısında Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov da yer alır.
Digər ölkələrdən favoritlər arasında Norveçdən olan hazırkı dünya çempionu Maqnus Karlsen də var. Bundan başqa, turnirə hollandiyalı Aniş Qiri, ABŞ-dan Uesli So, rusiyalı Vladimir Kramnik və eləcə də ukraynalı şahmatçı Vasiliy İvançuk qatılacaq.
Mükafat fondu 130 min ABŞ dolları olan yarışda tanınmış qadın şahmatçılar da təmsil olunacaq. Birinci yerə 27 min, qadınlar arasında ilk mükafatçıya isə səkkiz min dollar veriləcək. Ən yaxşı 20 yaşlı gənc şahmatçı üçün min beş yüz dollar pul mükafatı nəzərdə tutulub.

Teqlər:  Azərbaycan şahmatçıları Qatar Masters Open-2015 turnirinin favoritləri sırasındadır



RƏYLƏR


Top xəbərlər