Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Latviyanın rifah nazirinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər edəcək

Latviyanın rifah nazirinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər edəcək

Date: 2 December 2015 14:28


Bakı, 2 dekabr, AZƏRTAC
Dekabrın 3-də Latviyanın rifah naziri Uldis Augulisin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərdə olacaq.
AZƏRTAC xəbər verir ki, səfərdə məqsəd Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nümayəndə heyətləri səviyyəsində görüşün keçirilməsi, iki nazirlik arasında müvafiq fəaliyyət sahələri üzrə əməkdaşlıq məsələlərinin müzakirə edilməsidir. Aparılacaq müzakirələrin nəticələrinə uyğun olaraq iki nazirlik arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığa dair sənədin imzalanması da nəzərdə tutulur.
Nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində bir sıra digər rəsmi görüşlər keçirəcəyi də planlaşdırılır.
 

Tags:  Latviyanın rifah nazirinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər edəcək


RƏYLƏR


Top news