Yerevanda müxalifətin etraz aksiyası davam edir

Yerevanda müxalifətin etraz aksiyası davam edir
14:37 2 Dekabr 2015
32 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Yerevanda müxalifətin toplantısı başlayıb, saat 18.00-da isə "Azadlıq" meydanında növbəti mitinqi keçiriləcək.
"Report" Erməmnistan KİV-ə istinadən xəbər verir ki, bunu "Yeni Ermənistan" Milli Qurtuluş Cəbhəsi liderlərindən biri, "İrs" Partiyasının sədri Raffi Ovannisyan bildirib.
Onun sözlərinə görə, ötən gecə meydandakı aksiya dinc keçib: ""Yeni Ermənistan" Hərəkatının rəhbəri Jirayr Sefilyan və "İrs" Partiyasının təmsilçisi Armen Martirosyan meydanda gecələyib".
R.Ovannisyan deyib ki, aksiya iştirakçıları mübarizəni davam etdirəməyə hazırlaşırlar.
Xəbərə görə, Yerevandakı "Azadıq" meydanında gecə 50-yə yaxın müxalifət təmsilçisi qalıb. Onlar bannerlərdən düzəltdikləri çadırda gecələyiblər.
Qeyd edək ki, dekabrın 6-da Ermənistanda yeni konstitusiya ilə bağlı referendum keçiriləcək. Dekabrın 1-də isə "Yeni Ermənistan" Milli Qurtuluş Cəbhəsi hakimiyyətin istefası tələbilə müddətsiz etiraz aksiyası keçirməyi başlayıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/yerevanda-muxalifetin-etraz-aksiyasi-da

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR