“Bakutel 2015” 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisinin açılış mərasimi keçirilib

“Bakutel  2015”  21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisinin açılış mərasimi keçirilib
14:41 2 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycanın tərəfdaş olduğu “Svyaz-2017” sərgisi öz işinə başlayıb (25 Aprel 2017 19:35)
"Shamkir Chess 2017" turnirinin açılışı mərasimi keçirilib (20 Aprel 2017 21:28)
Raquf Orucovun xatirəsinə beynəlxalq cüdo turniri keçirilir (20 Aprel 2017 14:34)

Bu gün Bakı Ekspo Mərkəzində İKT üzrə regionun ən iri ixtisaslaşmış tədbiri - "Bakutel 2015"  21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi öz işinə başlayıb. 
Sərgi Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, "Iteca Caspian" və "Caspian Event Organisers" ("CEO") şirkətlərinin təşkilatçılığı ilə keçirilir.

Açılış mərasimində çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin səlahiyyətlərini icra edən, nazirin birinci müavini Ramin Quluzadə bildirib ki, ənənəvi olaraq təşkil edilən "Bakutel" sərgi və konfransı telekommunikasiya və informasiya texnologiyaları sahəsində mühüm beynəlxalq tədbirə çevrilib.

R.Quluzadə ötən 21 il ərzində "Bakutel" sərgisinin informasiya-kommunikasiya texnologiyaları sahəsində təcrübə mübadiləsi, yeni imkanların nümayişi, geniş əməkdaşlıq layihəsi kimi özünü təsdiq etdiyini qeyd edib.

"İqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətləri sırasında olan Azərbaycanda  informasiya və yüksək texnologiyalar sektorunun qarşısında böyük vəzifələr qoyulub. Bu sahə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən prioritet inkişaf sahələrindən elan edilib. Son illərdə əldə olunan nailiyyətlər, İKT-nin inkişafı baxımından Azərbaycan artıq regionun lider dövləti kimi tanınır. Müstəqil, gənc dövlət olan Azərbaycanda hərtərəfli islahatlar həyata keçirilir. Bunun nəticəsində Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sahələrindəki gücünü insan kapitalına da çevirməyə nail olub. Bu gün  beynəlxalq kosmik məkana inteqrasiya yolunu tutan Azərbaycan regionda kosmik sahədə lider ölkəyə çevrilib".

Nazirin birinci müavini "Bakutel" sərgi-konfransının yüksək səviyyədə keçiriləcəyi və  regionda İKT-nin inkişafına yeni təkan verəcəyinə əminliyini ifadə edib.

İTE Qrup şirkətinin icraçı direktoru Edvard Stroon çıxış edərək, sərgiyə göstərdiyi yüksək dəstəyə görə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə minnətdarlığını bildirib. O, builki sərgidə 21 ölkədən 203 şirkətin iştirak etdiyini deyib. E.Stroonun sözlərinə görə, iştirak edən şirkətlərin 15 faizi  ilk dəfə olaraq "Bakutel" sərgisinə  qatılıb: "Ümid edirəm ki, sərgi yerli və beynəlxalq İT şirkətləri üçün yeni üfüqlər açacaq".
 
Açılış mərasimindən sonra qonaqlar sərgi ilə tanış oldular.
 
Qeyd edək ki, sərginin iştirakçıları arasında aparıcı İKT şirkətləri, habelə Azərbaycanın mobil / rabitə operatorları, internet provayderləri və sistem inteqratorları, eləcə də tanınmış brendlərin distributorları var. İlk dəfə olaraq, "Bakutel 2015" sərgisinin kommunikasiya sponsoru qismində ölkənin ilk mobil operatoru - "Bakcell" şirkəti çıxış edir.

Yeni şirkətlərin diqqətini cəlb edən sərgidə bu il debütantların sayı iştirakçıların ümumi sayının 15%-ni təşkil edir. Belə ki, "Bakutel-2015"-də ilk dəfə olaraq "Avaya", "Google", "Kasperskiy Laboratoriyası" və digər aparıcı dünya şirkətləri iştirak edirlər.

Sərgidə təqdim olunan 2015-ci ilin əsas təmayülləri sırasında ümumilikdə informasiya texnologiyaları,  4-5G mobil, fiber-optik və "bulud" texnologiyaları üzrə xidmətlər, milli genişzolaqlı internet üzrə həll variantları, elektron hökumət xidmətləri, eləcə də informasiya təhlükəsizliyi yer alır. Sərgini müşayiət edən işgüzar proqram çərçivəsində  "Azercosmos" və "Arianespace" şirkətləri arasında "Azerspace-2" ikinci telekommunikasiya peykinin kosmik fəzaya buraxılması haqqında sazişin imzalanması nəzərdə tutulur.
Eyni zamanda,  "Bakutel 2015" çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə 3-cü "Regional İnternet İdarəçilik Forumu", BTİ-nin Standartlaşdırma bürosunun 3 saylı tədqiqat Komissiyasının Regional qrupunun ilk iclası keçiriləcək.


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

"Kreml Əsədə qarşı mövqeyini dəyişib"

26 Aprel 2017 00:29

Röya yataqda, pijama ilə...

26 Aprel 2017 00:22

Donald Tramp:

26 Aprel 2017 00:13

Azərbaycanda oğurlanıb zorlanan müəllimə iş veriləcək

26 Aprel 2017 00:05

Hər kim dünyanı dinə və dini dünyaya görə tərk edərsə, İslam yolunda olmaz

26 Aprel 2017 00:05

Şəbnəm Tovuzlunun ərinin görüntüləri - FOTO

26 Aprel 2017 00:05

Çimərlikdə pozalar verdi - FOTO

26 Aprel 2017 00:05

Günün qoroskopu: planlarınızı kimsə ilə bölüşməyin

26 Aprel 2017 00:05

Kişilərin seksdən sonra yatma səbəbləri...

26 Aprel 2017 00:05

Astroloji proqnoz - 26 aprel

26 Aprel 2017 00:03

Kiyevdə Azərbaycan-Ukrayna münasibətləri barədə elmi toplu çapdan çıxıb

26 Aprel 2017 00:02

Azərbaycanda doğuş zamanı daha bir faciə

25 Aprel 2017 23:57

Rusiyadan rublla bağlı QƏRAR

25 Aprel 2017 23:53

Atasının imtina etdiyi Fransa prezidentliyinə namizəd – Marin Le Penin qalmaqallı HƏYAT YOLU

25 Aprel 2017 23:52

Böyük Britaniya Rusiyaya nüvə zərbəsi endirə bilər

25 Aprel 2017 23:52

Niyə İmamların (ə) nəsli Peyğəmbərdən aparılır?

25 Aprel 2017 23:52

Paytaxtda mənzildə kişi meyiti tapıldı

25 Aprel 2017 23:49

Məşhur müğənni ağır xəstəliyə tutulub

25 Aprel 2017 23:48

Dinimiz qız qaçırmağa necə baxır?

25 Aprel 2017 23:47

"Sarkisyan mənə dedi ki, Ağdam ermənilərin vətəni deyil və o haqlıdır” - Tomas de Vaal

25 Aprel 2017 23:42

Yüksək miqdarda mis daşıyan qidalar

25 Aprel 2017 23:42

Onlar necə belə cavan qalır? – 40-dan 70-ə…

25 Aprel 2017 23:38

Gözəllik kraliçası döyüşçü oldu - FOTO

25 Aprel 2017 23:37

"Artıq mənim həyat yoldaşım yoxdur" - Fransalda məşhurlaşan azərbaycanlı

25 Aprel 2017 23:37

7 xəstəliyə çarə olan QULANÇAR

25 Aprel 2017 23:37

Yataq otağındakı kameraya ruh görüntüləndi

25 Aprel 2017 23:34

ABŞ Türkiyəni PKK-nı bombaladığına görə tənqid etdi

25 Aprel 2017 23:29

Messini 500-ə daşıyanlar

25 Aprel 2017 23:27

Erməni Kardaşyan kurortda dincəlir - FOTO

25 Aprel 2017 23:27

Ərdoğan: "Türkiyə Rusiya və ABŞ-ı kürdlərə qarşı əməliyyatlar barədə məlumatlandırıb"

25 Aprel 2017 23:27

“Maradona və Messidən güclü olmuşam” - Romario

25 Aprel 2017 23:27

Müğənninin burnunu sındırdılar

25 Aprel 2017 23:23

Yaz allergiyaları ilə təbii mübarizə yolları

25 Aprel 2017 23:22

Dünyanı bu ailənin üzvləri idarə edir

25 Aprel 2017 23:22

Azay Quliyev ATƏT PA-nın baş katibi ilə görüşdü - FOTO

25 Aprel 2017 23:17

Gündəlik namazlar səfərdə neçə rükət şəklində qılınmalıdır?

25 Aprel 2017 23:17

"Ermənistan iqtidarına səsi elə yalnız dəlilər verə bilər!"

25 Aprel 2017 23:17

Tarixin ən bahalı smartfonları -

25 Aprel 2017 23:17

Azərbaycanı İslamiadada təmsil edəcək gimnastların SİYAHISI

25 Aprel 2017 23:13

Şəhriyar Məmmədyarov liderliyi qoruyur

25 Aprel 2017 23:12

Müsəlman hələ İslam demək deyil

25 Aprel 2017 23:12

Ankara AŞ PA-nın qərarını qətiyyətlə pisləyib

25 Aprel 2017 23:12

"İstərdim ki, 10 uşağım olsun" - Kirkorov

25 Aprel 2017 23:05

Onlar, sadəcə marketədə alış-veriş edirlər - FOTO

25 Aprel 2017 23:05

Tramp İsrailə vəd verdi

25 Aprel 2017 23:04

ABŞ Dövlət Departamenti Türkiyənin Suriya və İraqdakı fəaliyyətindən narahatdır

25 Aprel 2017 23:02

"Facebook"-da qadına təcavüz edənlər saxlanıldı

25 Aprel 2017 23:00

AŞPA-da ciddi islahatlar aparılmasına böyük ehtiyac var

25 Aprel 2017 22:57

"Belə bir qurum ədalətli münsif rolunu necə oynaya bilər?" - Rafael Hüseynov

25 Aprel 2017 22:57

Odun içində qala bilən İmam

25 Aprel 2017 22:57