Bakı Beynəxalq ​Multikulturalizm Mərkəzi universitetlərdə monitorinq keçirir

14:42 2 Dekabr 2015
12 Sosial
Ölkə mətbuatı
A- A+

Mərkəzdən "Report"a verilən məlumata görə, Azərbaycan Multikulturalizmi fənnini Kooperasiya Universitetində Bakı Slavyan Universitetinin Multikulturalizm kafedrasının müəllimi Rauf Hacı və Multikulturalizm Mərkəzinin əməkdaşı Taleh Əhmədov həyata keçirib. Ekspertiza və texnologiya fakültəsində 50 tələbəyə tədris olunan Multikulturalizmə giriş fənninin bu dəfəki mühazirəsi “Dünya ölkələrində Multikulturalizmin fərqli modelləri” mövzusuna həsr edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan multikulturalizmi fənninin monitorinqi Multikulturalizm Mərkəzinin Analitika-informasiya şöbəsinin müdiri Nəriman Qasımoğlu aparıb. Akademiyada bu fənni Cahangir Cahangirli tədris edir. Nəriman Qasımoğlu Qərb Universitetində də monitorinq keçirib. 

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/multikulturalizm-merkezi-universitetlerde-monitorinq-kecirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR