Nazir: "Ordumuzda ən müasir silahlar var" - FOTO

Nazir: "Ordumuzda ən müasir silahlar var" - FOTO
14:42 2 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Cəmşid Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyəti ilə görüşüb. Müdafiə nazirliyindən Milli.Az-a verilən məlumata görə, məktəbin zabit və kursant heyətinin, pedaqoji kollektivinin, həmçinin xüsusi təyinatlı təhsil müəssisələri üzrə qurumların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov tədbirdə çıxış edərək özünün də məzunu olduğu Hərbi Liseyin şəxsi heyəti ilə görüşündən məmnun olduğunu bildirib və ölkəmizdə ordu quruculuğu prosesində təhsil ocağının xüsusi rolunu qeyd edib.

Nazirin sözlərinə görə, hələ keçmiş sovetlər dövründə xalqımızın ümummilli lideri Heydər Əliyev bu vacib təhsil müəssisəsini yaratmaqla böyük uzaqgörənlik nümayiş etdirib.

"Dahi rəhbərimiz hələ neçə illər əvvəl Azərbaycanın müstəqil dövlət olacağını düşünərək belə qətiyyətli islahatlara imza atmışdı. Mən deyərdim ki, müasir Silahlı Qüvvələrimizin formalaşmasında Hərbi Liseyin çox mühüm əhəmiyyəti olub. Məktəbin yetirmələri bu gün də ordumuzun sıralarında məsul vəzifələrdə xidmət edərək ölkəmizin hərbi qüdrətinin güclənməsində bacarıq və səylərini əsirgəmirlər", - deyə nazir bildirib.

Kursantlara ulu öndər Heydər Əliyevin irsindən nümunə götürməyi tövsiyə edən nazirin sözlərinə görə, onlar bu məktəbdə təhsil almalarından iftixar hissi duymalı, zabit olmağı qarşısına məqsəd qoyan hər kəs dövlətə və xalqa sədaqəti, nizam-intizamı, mənəvi dəyərlərə bağlılığı ilə seçilməlidir. 
Müdafiə naziri çıxışında son illər Azərbaycan xalqı və dövləti, şəxsən prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordunun inkişaf etdirilməsinə göstərilən diqqət və qayğıdan söhbət açıb və qeyd edib ki, hazırda hərbi hissələr müasir səviyyədə qurulur, yeni silah və hərbi texnikalar alınır.

"Artıq ordunun təchizatında ən müasir silahlar vardır. Bu dövlətimizin iqtisadi inkişafının təzahürüdür. Hər kəs bilməlidir ki, xalqımız və dövlətimiz Silahlı Qüvvələrin hərbi potensialının artırılmasında maraqlıdır. Bizim vəzifəmiz isə torpaqlarımızı son qarışına kimi azad etməklə göstərilən bu yüksək etimadı layiqincə doğrultmaqdır".

Müdafiə naziri çıxışının sonunda kursantlara təhsildə və intizamda uğurlar arzulayıb və əminliklə qeyd edib ki, onlar xalqımızın tarixi qəhrəmanlıq ənənələrini layiqincə davam etdirəcəklər.

Tədbirdə çıxış edən Hərbi Liseyin rəisi polkovnik Rüfət Əmirov, müəllimlər və kursantlar əvvəlki dövrlərlə müqayisədə hərbi təhsilin müasir tələblər səviyyəsində inkişaf etdirilməsi üçün bir sıra vacib işlər görüldüyünü bildirib, eləcə də göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Görüşdə müdafiə naziri tərəfindən təhsildə və intizamda fərqlənən bir qrup kursanta hədiyyələr təqdim edilib.

Milli.Az




RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Van Dammın 25 yaşlı qızı - FOTO

22 May 2017 21:37

Çiyələk və gilas 87 manata - ŞOK QİYMƏTLƏR - FOTOLAR

22 May 2017 21:33

"İran heç vaxt nüvə silahına malik olmayacaq"

22 May 2017 21:32

Gəzinti Alzheymer xəstəliyinin riskini azaldır

22 May 2017 21:32

Bəyazın verilişində 35 yaşlı dünya gözəlindən möhtəşəm RƏQS - VİDEO

22 May 2017 21:32

İslam Oyunlarının bağlanış mərasimi başlayıb -

22 May 2017 21:28

Sizcə, bunlar nədir? - FOTO

22 May 2017 21:27

Ət və şokolad yeyəndə... depressiyaya düşürsən

22 May 2017 21:27

Ananın qabırğa sümüklərindən oğlu üçün qulaq hazırlandı - DÜNYADA İLK - VİDEO

22 May 2017 21:23

Bu meyvə xərçəngin qarşısını alır - BİLMƏDİYİNİZ FAYDALARI

22 May 2017 21:17

Ekstrasens Məlahət tapıldı və elə şeylər dedi ki...

22 May 2017 21:12

"Həmin gənclərə sözüm odur ki..." - FOTO

22 May 2017 21:12

7 xəstəliyə çarə olan QIZILI YAĞ

22 May 2017 21:12

Məşhur mütəxəssis Premyer Liqa klubundan qovuldu

22 May 2017 21:07

Azərbaycan şou-biznesi İnstagram-da - FOTO

22 May 2017 21:05

Arvadı Trampı İsraildə biabır etdi - VİDEO

22 May 2017 21:03

Azərbaycan və BƏƏ XİN başçıları arasında görüş keçirilib

22 May 2017 21:02

Qadınların həyatdakı ən gözəl vəzifəsi… -

22 May 2017 21:00

"Qonşuda yatırıq ki, sel bizi aparar" - Şamaxıda leysan - VİDEO - FOTO

22 May 2017 20:57

Tramp: “İran buna heç vaxt nail olmayacaq”

22 May 2017 20:53

İslamiadanın bağlanış mərasimi necə olacaq?

22 May 2017 20:52

Açılışa alt paltarında gəldi - FOTO

22 May 2017 20:52

Bakıda iki qardaşın ölməsi ilə nəticələnən yanğının detalları açıqlandı -

22 May 2017 20:50

Tramp: “İran Obamaya minnətdar olmalıdır”

22 May 2017 20:49

35 milyonluq ulduz "Real"dan gedir? - RƏSMİ

22 May 2017 20:47

23 yaşlı qız onu zorlamaq istəyən kişinin cinsiyyət orqanını kəsdi - VİDEO - FOTO

22 May 2017 20:47

Bakı Olimpiya Stadionunda möhtəşəm konsert başladı

22 May 2017 20:38

"Oyunlar İslam Ümmətində həmrəyliyin güclənməsinə öz töhfəsini verəcək"

22 May 2017 20:32

Səmranın sinə dekolteli geyimi - FOTO

22 May 2017 20:32

Prezident İlham Əliyev BƏƏ-nin nümayəndə heyətini qəbul edib

22 May 2017 20:31

Ötən il 31 milyon insan öz evlərini tərk edib - SƏBƏB

22 May 2017 20:27

"Kimdə sənətə qarşı canfəşanlıq qalıb?" - Elnur - FOTO

22 May 2017 20:27

İslamiadaya görə veriləcək mükafatın məbləği - 25 milyon 650 min

22 May 2017 20:27

"Belə bir adamı artıq tanımıram"

22 May 2017 20:22

Elmar Məmmədyarov və BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri mətbuata birgə açıqlama veriblər

22 May 2017 20:22

Türkiyədə “Microsoft”a qarşı cinayət işi açılıb

22 May 2017 20:22

İslam Oyunlarının bağlanış mərasiminin detalları məlum oldu

22 May 2017 20:17

“Çevriliş cəhdi ilə...” - Qiyamın əsas şübhəlisindən İLK İFADƏ

22 May 2017 20:13

Bütün gecə hər kəsin gözü onda oldu - FOTO

22 May 2017 20:12

Cənubi Koreyalı turist: Bakı İslam Həmrəyliyi Oyunları maraqlı tamaşadır

22 May 2017 20:08

Dərman qutusundan narkotik vasitə və psixotrop maddələr çıxıb

22 May 2017 20:08

Bakı klubunda "Xəzər Lənkəran"dakından 15 dəfə az qazanıb - FOTO

22 May 2017 20:07

Adam qanına susayan PREZİDENT, iyulda MÜHARİBƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

22 May 2017 20:03

Naxçıvanda torpaqların öyrənilməsi üçün 150-dən çox ekspedisiya təşkil olunub

22 May 2017 20:02

“Finalda uduzsaydıq, bunu həzm edə bilməzdik"

22 May 2017 19:59

Gömrükdə 4 min ədəd siqaret aşkar edilib

22 May 2017 19:55

İslamiadanın bağlanış mərasiminin DETALLARI

22 May 2017 19:54

"Çovğun hamısını apardı" - İsmayıllıda qasırğa - VİDEO - FOTO

22 May 2017 19:52

Ruhani: Azərbaycan İranın ən yaxşı qonşusudur

22 May 2017 19:50

Kərimi anasının qəbrinə yaxın buraxmadılar -

22 May 2017 19:50