Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dəm qazı zəhərlənmələrinin qarşısını almaq üçün hansı işlər görülür?

Dəm qazı zəhərlənmələrinin qarşısını almaq üçün hansı işlər görülür?

Date: 2 December 2015 14:43

Bakı. Elmir Murad - Trend:

Qış mövsümünün gəlməsi dəm qazından zəhərlənərək ölən və xəstəxanaya yerləşdirilənlərin sayı artıb. Hər il evlərdəki qaz sobalarının düzgün quraşdırılmaması və ya ehtiyatsızlıq səsəbindən 10-larla adam həyatını itirir.

Bəs görəsən rəsmi qurumlar bunun qarşısını almaq istiqamətində hansı tədbirlər görürlər?

Məsələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin baş məsləhətçisi Eldar Əhmədov Trend-ə açıqlamasında deyib ki, təmsil etdiyi qurum bu istiqamətdə əsas gücü maarifləndirmə işlərinə verib. E.Əhmədovun sözlərinə görə, sözügedən məsələ ilə bağlı işlər qüvvədə olan mövcud normativ sənəd və qanunların tələblərinə müvafiq həyata keçirilir: “Mövcud qaz təsərüffatının texniki sazlığı ilə bağlı məsələdə cavabdehlik birbaşa qaz təsərrüfatının istismarı ilə məşğul olan istelakçılara həvalə olunub. Yəni ki, vətəndaşların özlərinə. Vətəndaşlarımızın daha dolğun təhlükəsizlik qaydalarına əməl etməsi, dövrü olaraq tüstü bacalarının vintilyasiya kanallarının təmizlənməsinin təmin edilməsinə dair maarifləndirilməsi üçün nazirlik tərəfindən müvafiq video-çarxlar hazırlanıb”.

E.Əhmədov qeyd edib ki, bununla yanaşı görülən profilaktik xidmət kimi qaz təsərrüfatının birbaşa təsisatçıları olan “Azəriqaz” İstehsalat Birliyində evlərdəki dəm qazının təhlükəsizliyinə məzarət xarakterli tədbirlər həyata keçirilir: “Yəni “Azəriqaz” İstehsalat Birliyinin abonentlərinin nəzdində mövcud qaz təsərrüfatının texniki vəziyyətinə baxış keçirmək üçün qurum yaradılıb. Bu qurumun işinin necə təşkil olunması həmin agentliklər tərəfindən dövrü olaraq yoxlanılır”.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Dəm qazı zəhərlənmələrinin qarşısını almaq hansı işlər görülür

RƏYLƏR


Top news