Ağcabədi sakini yolda öldü

Ağcabədi sakini yolda öldü
14:47 2 Dekabr 2015
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağcabədi şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə dekabrın 2-də gecə saat 02 radələrində Ağcabədi şəhərində qeydə alınıb. Belə ki, rayon sakini Sahil Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən rayon sakini Şəhriyar İsmayılovu vurub. Ş.İsmayılov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/387045.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR