Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakı Apellyasiya Məhkəməsinin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib, Taleh Bağırovun məhkəməsi keçiriləcək

Bakı Apellyasiya Məhkəməsinin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib, Taleh Bağırovun məhkəməsi keçiriləcək

Date: 2 December 2015 14:57

Bakı. 2 dekabr. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində “Müsəlman birliyi hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə qərarından verilmiş apellyasiya şikayəti üzrə məhkəmə iclası keçiriləcək.
“Report”un əməkdaşı xəbər verir ki, hazırda məhkəmə binasının ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
Məhkəmə iclasına hakim Əflatun Qasımov sədrlik edəcək.
Qeyd edək ki, T.Bağırov noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub. Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Tags:  Bakı Apellyasiya Məhkəməsinin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib Taleh Bağırovun məhkəməsi keçiriləcək

RƏYLƏR


Top news