Bu il Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 2000-ə yaxın xəstə daxil olub

Bu il Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 2000-ə yaxın xəstə daxil olub
15:02 2 Dekabr 2015
29 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Kliniki Tibb Mərkəzin (KTM) Toksikologiya şöbəsinə bu ilin 9 ayı ərzində 1 804 xəstə daxil olub. Səhiyyə Nazirliyindən "Report"a verilən xəbərə görə, KTM-ə 700-ə yaxın xəstə evdə lazımi şəraitdə saxlanmayan və istifadə müddəti bitən dərman preparatlarından zəhərlənmə diaqnozu ilə gətirilib.
Bundan başqa, şöbəyə alkoqol ilə zəhərlənmələrlə – 89 xəstə, üzvü həlledicilərlə zəhərlənmələrlə – 63 xəstə, yandırıcı məhlullarla zəhərələnmələrlə – 245 xəstə, məişət kimya məhsulları ilə zəhərlənmələrlə - 5 xəstə, dəm qazı və digər toksiki qazlarla zəhərələnmərlə – 249 хəstə, pestisidlərlə zəhərələnmələrlə - 64 xəstə, göbələk və zəhərli bitkilərlə zəhərələnmələr – 31 xəstə, zəhərli heyvanlarla bağlı zəhərlənmələr – 68 xəstə, kəskin toksiko-allerqik reaksiyalar və digər zəhərlənmələrlə – 236 xəstə daxil olub. Vaxtında şöbəyə müraciət edənlərin hər birini xilas etmək mümkün olub.

Xəbərin orijinal ünvanı: http://report.az/sehiyye/bu-il-kliniki-tibbi-merkezin-toksikologiya-sobesine-2000-e-yaxin-xeste-daxil-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR