"Guya rəhmətə gedən nişanlısına bənzədib məni, amma belə olmadığını hamımız bilirdik" - FOTO

"Guya rəhmətə gedən nişanlısına bənzədib məni, amma belə olmadığını hamımız bilirdik" - FOTO
15:05 2 Dekabr 2015
100 Digər
Ölkə mətbuatı
A- A+

Hər həftə bir iştirakçısı azalan "Ferma" realiti-şousu bu dəfə layihənin replikalar ustadı ləqəbini qazanmış Fatimə Babayevanı itirdi. Belə ki, iştirakçıların səs çoxluğu ilə şounu tərk edən Fatimə fermadan belə gedişə hələ heç hazır deyildi. O, bu gözlənilməz sonluğa özü açıqlama gətirib. Fermayla bağlı təəssüratlarını bizimlə bölüşdü.

- "Ferma"çılar sizi öz aralarında görmək istəmirdilər. Çoxluq həmişə haqlıdır?

- Düzdür, "Ferma"da məni görmək istəməyənlər çox idi. Çünki bəzən insanlar haqlı olanlardan qaçırlar. Heç kim öz eqo səviyyəsinin aşağı düşməsini istəməz. Təbii ki, orada heç kim öz gözündəki çöpü görmür. Ən azından mən etdiyim səhvləri boynuma alırdım. Məsələn, replika atanda deyirdim ki, mən replika atıram. Və yaxud da bir işi görməyəndə deyirdim ki, bu işi görməmişəm. Qısası, səhvimi boynuma ala bilirdim. Amma bu onların haqlı olduğu anlamına gəlmir. Bu günə kimi məndə hər şey normal gedirdi. Həmidə Namiqlə yaxındır. Namiq də çox vaxt mənim tərəfimi saxladığı üçün Həmidə heç nə deyə bilmirdi. Hətta Namiq məndən dəfələrlə soruşub ki, xətrinə dəyən var burada?

Baxmayaraq ki, var idi, amma mən ona heç nə demirdim. Həmidə də məhz buna görə mənə qarşı mehriban idi. Amma Ramilənin gəlişi işləri bir az dəyişdi. Həmidə Ramiləyə yaxın oldu və birləşib mənə qarşı çıxdılar. Bununla da mən haqsız duruma düşdüm. Amma tamaşaçının gözü tərəzidir, ən yaxşısını onlar bilirlər. 

- Hər kəsi istiqanlı yola salan fermaçılar niyə sizi də Mila kimi soyuq yola saldılar? Hətta rəhbərliyin qərarı olan məktubu oxuyanda belə tək idiniz...

- Bunun səbəbi özümə də maraqlıdır. Niyə belə etdilər? Hətta Milanı yola salanda belə bütün iştirakçılar onunla bərabər gedib məktubu oxumuşduq. Amma Ramilə mənimlə düşmən olduğu halda qucaqlaşıb sağollaşdı. Onların məni belə yola salmağı özümə çox pis təsir etmişdi, hətta ağladım da. 

- "Ferma"da aktrisalar olduğunu deyirdiniz. Kimlər idi onlar?

- Əlbəttə, var. Məsələn, Həmidə yaltaq insandır. Amma Səbuhi, Nərmin və Ülkər özləri idilər, səmimi idilər. Amma digərləri maskalarını taxmışdılar. Simasını gizlədən əsas iştirakçı isə Renat idi, hətta külək də deyə bilərəm ona, hara gəldi, əsirdi. İnsanda qürur yaxşı şeydir. 

- Yeri gəlmişkən, niyə Renatın sizə qarşı olan sevgisinə inanmırsınız?

- O, sevgi deyildi. Məncə, Renat gündəmdə qalmaqçün bu yola əl atmışdı. Məndən sonra Ülkərlə də yaxın olmaq istədi. Amma gördü ki, alınmayacaq, uzatmadı. Guya rəhmətə gedən nişanlısına bənzədib məni, amma belə olmadığını hamımız bilirdik. O insanın yalanları saysız-hesabsızdır. Renat bir nömrəli saxtakardır. 

- Sonda "Ferma"da hər kəsi  sizə qarşı səs verməyə çağıran Renat həm də bununla sizdən intiqam almadı?

- Mənim Renata yazığım gəlir. Belə intiqam olmur. Ən azından mənə sevgi adlı qurduğu oyunu mən öyrənib bitirəndə intiqamım çox acıydı. Dizin-dizin sürünüb ağlayırdı.

- Ramilənin sizə "pinti" deməsi sizi fermadan yola salmaq bəhanəsi deyildi ki?

- Şəxsi həyatımda belə deyiləm. Düzdür, pintilik xanıma yaraşmaz, amma mən ev işlərini görməyi bacarmıram. Efirdən baxıram, deyir ki, paltarları sudadır. Xeyr, suda olan yataq örtükləridir. Təkləndiyim bir mühitdə nəinki iş görmək, heç yaşamaq belə istəmirdim. Bu, əlbəttə ki, bir bəhanəydi. Çünki mənimlə prinsip apara bilmirdi. Əslində onlar sağlam rəqabət apara bilmirlər. 

- "Ferma"da replikaların ustadı olan Fatimə real həyatında ən çox nə üçün darıxır?

- "Ferma"çılarçün darıxmıram, bəlkə, mehriban kollektiv olsaydılar, darıxardım. Amma təəssüf ki, belə deyil, ikiüzlü, maskalar taxırdılar. Amma ən çox "Ferma"da "qızları"mçün darıxmışam. Görəsən, onlara yaxşı baxırlarmı? Soyuğa verməsinlər, mən o toyuq-cücəyə 3 ay baxmışam, heyvanlara baxmaq çox məsuliyyətli işdir. Hələ atlar, qoyunlar, itlər... İnanın, onlar daha sadiq idilər, onları sevdiyim qədər "Ferma"çıları da sevsəydim, bəlkə də darıxardım...





Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/387038.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR