Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat aldı

Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat aldı

Date: 2 December 2015 15:08

Bakı. Trend:

FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək oyuna təyinat alıb.

Trend-in məlumatına görə, Ə.Ağayev UEFA Avropa Liqasının qrup mərhələsində “Rapid” (Vyana, Avstriya) – “Dinamo” (Minsk, Belarus) oyununu idarə edəcək.

Baş hakimin köməkçiləri Zeynal Zeynalov, Rza Məmmədov, əlavə köməkçi hakimlər Rəhim Həsənov, Orxan Məmmədov, dördüncü hakim isə Mübariz Haşımov olacaq.

Oyunun dekabrın 10-da Vyananın "Ernst Happel" stadionunda keçiriləcək.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat aldı

RƏYLƏR


Top news