“Qanlı Yanvar” filmi daha bir uğura imza atıb

“Qanlı Yanvar” filmi daha bir uğura imza atıb
15:13 2 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, rejissor Vahid Mustafayevin ekranlaşdırdığı “Qanlı Yanvar” filmi Hindistanda keçirilən və Asiyanın ən böyük film festivallarından olan 46-cı Beynəlxalq “Qoa” film festivalında təmsil olunub.
AZƏRTAC “ANSPRESS”ə istinadla xəbər verir ki, maraqla qarşılanan film daha bir uğura imza ataraq ən çox tamaşaçı rəğbətinə və izləyənlərin sayına görə festivalda üçüncü yeri tutub. Festivalın direktoru Sentil Rajan filmin rejissoruna bununla bağlı xüsusi sənəd göndərib.
Xatırladaq ki, Azərbaycanın müstəqillik tarixinin şanlı və qanlı səhifəsi olan 20 Yanvar hadisələrindən bəhs edən “Qanlı Yanvar” filmi festivalın əsas proqramına daxil edilərək iki dəfə göstərilib. Hər il keçirilən festivalda bu dəfə 90 ölkədən 289 film təqdim edilib.
“Qanlı Yanvar” filmi festivalda nümayiş olunan, tarixi həqiqətləri əks etdirən üç ekran əsərindən biri olub.
Qeyd edək ki, azərbaycanlı rejissorun bu filmi əvvəllər Estoniyanın paytaxtı Tallinndə keçirilən 18-ci Beynəlxalq “Black Nights” film festivalında ölkəmizi təmsil edib. Festival çərçivəsində film tamaşaçılarda böyük maraq yaratdığı üçün üç dəfə nümayiş olunub. Bundan başqa, "Qanlı Yanvar" filmi festivalda postsovet ölkələrinin həqiqətlərinin çatdırılması sahəsində gördüyü işlərə görə diploma layiq görülüb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qanli_Yanvar_filmi_daha_bir_ugura_imza_atib-907539

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR