Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakı-Sumqayıt qatarının hərəkətinə mane olan məktəblilər saxlanıldı

Bakı-Sumqayıt qatarının hərəkətinə mane olan məktəblilər saxlanıldı

Gürcüstandan Ermənistana nəqliyyatın hərəkətinə qadağa qoyuldu (19 Mart 2017 03:59)
Bakı-Sumqayıt qatarı bu günlər işləməyəcək - CƏDVƏL (16 Mart 2017 15:54)
Bakı-Sumqayıt qatarının gediş tarifləri atırılıb (02 Mart 2017 16:37)

Tarix: 2 Dekabr 2015 15:19

Dekabrın 1-də saat 19.00 radələrində Bakıdan Sumqayıta hərəkət edən elektrik qatarı Keşlə-Biləcəri  mənzilinin 2649-cu kilometrində relsin üzərinə mişar daşlarının iri hissələri düzüldüyündən maşinist qatarı saxlayıb, təhlükəsizlik tədbirləri gücləndirilib.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi  Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, hadisə nəticəsində qatarların hərəkətində ləngimələrə yol verilib. 

 

Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Keşlə xətt polis bölməsinin əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində  dəmir yolunun üzərinə daş parçaları qoyanlar saxlanılıb. Araşdırma zamanı məlum olub ki, saxlananlar Binəqədi rayonu 100 №-li orta məktəbin XI sinif və Binəqədi rayonu 143 №-li orta məktəbin IX sinif şagirdləridir.

 

Saxlananlar Nəqliyyatda Baş Polis İdarəsinin Keşlə xətt polis bölməsində dindirilərkən, hadisəni törətdiklərini  etiraf ediblər.

 

“Azərbaycan Dəmir Yolları” bir daha Bakı-Sumqayıt marşrutu üzrə yaxın ərazıdə yaşayan vətəndaşların nəzərinə çatdırıb ki, dövlət əmlakına ziyan vuranlar, elektrik qatarının təhlükəsiz hərəkətinə mane olanlara qarşı hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlər görüləcək. 


Teqlər:  Bakı-Sumqayıt qatarının hərəkətinə mane olan məktəblilər saxlanıldı



RƏYLƏR


Top xəbərlər