Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Taleh Bağırovun şikayəti təmin edilmədi

Taleh Bağırovun şikayəti təmin edilmədi

Date: 2 December 2015 15:22

Bu gün Bakı Apelyasiya Məhkəməsində noyabrın 26-da Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həbs edilən Taleh Bağırovun apelyasiya şikayətinə baxılıb. Məhkəmə iclasına hakim Əflatun Qasımovun sədrliyi ilə keçib.

Trend-in məhkəmədə olan əməkdaşının verdiyi məlumata görə, prosesdə şikayətə baxılsa da, hakim şikayəti təmin etməyib.

Xatırladaq ki, noyabrın 26-da Nardaranda keçirilən xüsusi əməliyyat nəticəsində "Müsəlman Birliyi" adı altında qanunuz fəaliyyət göstərən təşkilatın rəhbəri T.Bağırov və qurumun 13 üzvü saxlanılıb. Əməliyyat zamanı yaranmış qarşıdurma nəticəsində 2-si polis olmaqla 7 nəfər öldürülüb.

Saxlanılan şəxlər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Baş Prokurorluq yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanıb və saxlanılan həmin 14 nəfərə qarşı Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 220 (kütləvi iğtişaş), 228 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 283 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələr üzrə ittiham irəli sürülüb.

Milli.Az


Tags:  Taleh Bağırovun şikayəti təmin edilmədi


RƏYLƏR


Top news