Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Pul kisəsindən narkotik vasitə, corabından isə psixotrop maddə çıxdı

Pul kisəsindən narkotik vasitə, corabından isə psixotrop maddə çıxdı

Date: 2 December 2015 15:27

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşı Ghanı Goltapeh Morteza Sıaba məxsus pul kisəsinin içərisindən - vizit kartı üçün nəzərdə tutulmuş yerdən metadon adlı həbin qırıntısı (həbin 1/4 miqdarında) aşkar edilib.

Trend Dövlət Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, bundan başqa, G.Sıab üzərində şəxsi yoxlama zamanı onun corabından üç ədəd sellofan paketdə, cəmi 46 ədəd buprenorfin adlı həb aşkar olunaraq götürülüb.

Qeyd edək ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in, buprenorfin isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr"in II Siyahısına daxildir.

Adı çəkilən İran vətəndaşından aşkar olunan metadon adlı həbin qırıntısında metadonun təsiredici maddəsinin miqdarı 0,01 qram, buprenorfin adlı 46 ədəd həbdə isə buprenorfinin təsiredici maddəsinin ümumi miqdarı 0,092qram təşkil edir.

Milli.Az


Tags:  Pul kisəsindən narkotik vasitə corabından isə psixotrop maddə çıxdı

RƏYLƏR


Top news