Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İlham Əliyev Ukrayna Prezidenti Administrasiyasının rəhbərini qəbul edib

İlham Əliyev Ukrayna Prezidenti Administrasiyasının rəhbərini qəbul edib

Prezident İlham Əliyev Danimarka və Portuqaliya səfirlərinin etimadnamələrini qəbul edib - FOTO (26 Mart 2017 12:32)
Prezident Mladen İvaniçi qəbul etdi (17 Mart 2017 13:38)
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniçi qəbul edib (17 Mart 2017 13:27)

Tarix: 2 Dekabr 2015 15:33

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Boris Lojkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ölkəmizə ilk dəfə səfər etdiyini vurğulayan Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Boris Lojkin paytaxtımızda gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. Ukrayna Prezidenti Pyotr Poroşenkonun məktubunu dövlətimizin başçısına çatdıran Boris Lojkin ölkələrimiz arasında əlaqələrin fəal şəkildə inkişaf etdirilməsinin zəruriliyini vurğuladı.

Prezident İlham Əliyev Ukrayna Prezidenti ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi apardığını, ölkələrimiz arasında müzakirə ediləcək çoxlu birgə layihələrin mövcud olduğunu vurğuladı. Dövlətimizin başçısı Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Boris Lojkinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığımızın perspektivlərinin müəyyənləşdirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Görüşdə Azərbaycan-Ukrayna ikitərəfli əlaqələrinin müxtəlif sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  İlham Əliyev Ukrayna Prezidenti Administrasiyasının rəhbərini qəbul edib



RƏYLƏR


Top xəbərlər