Rusiya-Türkiyə arasında ilk görüş

Rusiya-Türkiyə arasında ilk görüş
15:36 2 Dekabr 2015
70 Digər
Ölkə mətbuatı
A- A+

Suriya ilə sərhəddə Rusiyaya məxsus "Su-24" həri təyyarəsinin vurulmasından sonra Rusiya və Türkiyə arasında ilk görüş ola bilər. ANS PRESS-in məlumatına görə, hər iki ölkənin xarici işlər nazirləri Serbiyanaın paytaxtı Belqradda görüşə bilərlər.

Rusya XİN rəhbəri Sergey Lavrov ATƏT Nazirlər Şurasının 22-ci iclasında türk həmkarı Mövlud Çavuşoğlu ilə görüşə biləcəyini istisna etməyib.
Lavrov bu açıqlamanı Yunan Kiprinin rəsmisi ilə görüşdən sonra veri b.

O, Türkiyədən hələ də üzr gözlədiklərini, anacaq bu yöndə heç bir addım görmədiklərini ifadə edib.

Rusiya təyyarəsinin vurulmasından sonra ötən həftə Lavrov və Çavuşoğlu telefon vasitəssilə danışıblar.

ABŞ Dövlət Departamndindən olan bir rəsmi də ötən gün nazirlərin Belqradda görüşəcəyini istisna etmədiklərini demişdi. Mənbə bu görüş sayəsində böhranın yoluna girə biləcəyini də istisna etmirdi.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366235

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR