Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyev Ukraynanın PA rəhbərini qəbul edib

Prezident İlham Əliyev Ukraynanın PA rəhbərini qəbul edib

Date: 2 December 2015 15:44

Azərbaycan Prezident İlham Əliyev Ukrayna prezidenti administrasiyasının rəhbəri Boris Lojkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan Ukrayna prezident administrasiyasının rəhbəri Boris Lojkin Bakıda gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. Ukrayna prezidenti Pyotr Poroşenkonun məktubunu dövlət başçısına çatdıran Boris Lojkin ölkələr arasında əlaqələrin fəal şəkildə inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

Prezident İlham Əliyev Ukrayna prezidenti ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi apardığını, ölkələr arasında müzakirə ediləcək çoxlu birgə layihələrin mövcud olduğunu vurğulayıb. Dövlət başçısı Ukrayna prezidenti administrasiyasının rəhbəri Boris Lojkinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəyə səfərinin əməkdaşlığımızın perspektivlərinin müəyyənləşdirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə Azərbaycan-Ukrayna ikitərəfli əlaqələrinin müxtəlif sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Tags:  Prezident İlham Əliyev Ukraynanın PA rəhbərini qəbul edib

RƏYLƏR


Top news