Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Azercell" ilə texnoloji zirvələri özün fəth et

"Azercell" ilə texnoloji zirvələri özün fəth et

Date: 2 December 2015 15:48

Bakı. Trend:

“Bakutel 2015” sərgisində "Azercell" şirkəti öz yeni stendində bütün iştirakçıları satış mərkəzi konsepsıyasından və qabaqcıl texnoloji həllərdən faydalanmağa dəvət edir.

2-5 dekabr 2015-ci il tarixlərində Bakıda keçirilən 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları sərgisində ölkənin lider mobil operatoru "Azercell Telekom" ziyarətçiləri geniş həcmli stendində qəbul edəcək.

Bu il "Azercell" öz müştərilərini yeni satış mərkəzi konsepsiyası ilə təəccübləndirəcək. Yaxın gələcəkdə Azercell-in bütün rəsmi satış mərkəzlərində tətbiq olunacaq yeni yanaşmanı ilk olaraq "BakuTel" iştirakçıları görəcəklər. Stendin yeni konsepsiyası ziyarətçilərə təqdim olunan məhsul və layihələrlə rahat tanışlıq, innovativ həll və rəqəmsal həyat tərzi üçün xidmətləri asanlıqla sınaqdan keçirməyə şərait yaradır. Burada "Azercell" illər ərzində topladığı bir sıra maraqlı müştəri təcrübələrini təcəssüm etdi.

Stendin müxtəlif bölümləri müştərilərin üzləşdikləri müxtəlif məsələlərin "Azercell" məhsullarının köməyi ilə asan həlli yollarını nümayiş etdirir. Məqsəd hər bir müştəriyə nümunəvi servislər və fərdi yanaşma təklif edərək, onu ruhlandırmaq və həyatını asanlaşdırmaqdır. Stendin hər bir bölümü öz üslubuna, abu-havasına və məzmununa malikdir. İnteraktiv monitorlar və fərqli əlavələr ən qabaqcıl Telekom nümunələrini təmsil edərək, müştəriləri daim öyrənməyə və birgə təcrübə əsasında rahat istifadəyə dəvət edir.
Azərbaycanda və regionda texnoloji liderliyini daha da möhkəmləndirmək üçün "Azercell" yüksək-texnologiya pərəstişkarlarını dördüncü nəsil (4G) / Long Term Evolution (LTE) texnologiyasından istifadə etməklə, sürətli İnternet sahəsində ən son yeniliklərin təqdim olunduğu “Yeni texnologiyalar” bölümünə dəvət edir. 4G texnologiyası 300 MB-ə qədər çatan inanılmaz sürət təmin edir və İnternet istifadəçilərinə istənilən yerdə tamamilə bənzərsiz təcrübəyə çıxış açır.

Bununla bərabər, Azercell “BakuTel 2015”-də, həmçinin, bir sıra digər texnoloji yenilikləri də sərgiləndirəcək: bunların hər biri Azərbaycan bazarında rabitə xidmətləri üzrə inqilabi dəyişikliklər təsbit edir. Növbəti texnoloji yenilik - WiFi üzərindən səsli xidmətlərlə bağlıdır. Bütün seyrçilər və xüsusilə də, "Azercell" abunəçiləri üçün bu rabitə sistemi üzərindən zəng etmək imkanı nümayiş etdirilir.

Siz hələ də son təqdim olunmuş smartfonları görməmisiniz? O zaman, sizi Azercell-in stendində gözləyirik. Yeni texnologiyaların dünyasına yaxından qovuşun və "Azercell" stendində daha zəngin təcrübə qazanın. Bu maraqlı səyahət zamanı yeni funksiyalardan zövq alacaq və smartfonlar haqqında biliklərinizi genişləndirəcəksiniz.

Hər zaman olduğu kimi "Azercell" öz müştərilərinin qayğısına qalır və əhalinin telekom sahəsində olan müxtəlif ehtiyaclarını qarşılamaq üçün geniş sayda məhsullar nümayiş etdirir. Mobil operatorun yeni həllərində marağı olanlar "Azercell" Stendinin Fakturarlı və Fakturasız bölümlərinə üz tutmalıdırlar. Gənclər və digər İnternet həvəskarları üçün "Azercell" dinamik və əyləncə ilə zəngin olan GəncOL Portalı və cəlbedici GəncOL Loyallıq Proqramını əhatə edən GəncOL tarifini təqdim edir. Sözü gedən proqram çərçivəsində GəncOL müştəriləri böyük sayda kinoteatrlarda, dükan və restoranlarda, ticarət və əyləncə mərkəzlərində endirimlər əldə edirlər. Ölkənin ən geniş şəbəkəsi daxilində ünsiyyətə üstünlük verənlər üçün "Azercell" stendində 1 dəqiqəsi cəmi 4 qəpiyə olan "Azercellim" tarifi təklif olunur.

İnternetsiz həyatımızı təsəvvür etmək olarmı? "Azercell" öz stedinin İnternet bölümündə hər bir şəxsə sərf edəcək xüsusi endirimli İnternet paketlər nümayiş etdirir. 4G MiFi, 3G MiFi, 3G USB modemləri kimi Azercell-in genişzolaqlı həlləri və digər Data təkliflər müştərilərə hər yerdə mobil olmaq imkanı verir. BakuTel iştirakçıları maksimal sürətli və yüksək keyfiyyətli İnterneti özləri sınaqdan keçirə biləcəklər.

Yeni və fərqli bir təklif axtarırsınız? "Azercell" stendinin “Yeni xidmətlər” hissəsində kitabsevərləri xüsusi hədiyyə gözləyir. Azercell-in təqdim etdiyi Bookmate mobil proqram vasitəsilə telefonda, planşetdə və kompüterdə minlərlə əsərləri əldə edib oxumaq mümkündür. Endirimli abunə məbləği müqabilində "Azercell" abunəçiləri bədii, klassik, müasir və biznes ədəbiyyatından istənilən nümunə ilə tanış ola bilərlər. "Azercell" kitabsevər abunəçilərinə, hətta pulsuz mütaliə də bəxş edir.

Müsiqisiz həyatını təsvir edə bilməyən insanlar Azercell-in BakuTel-də təqdim etdiyi yeniliklər ürəyincə olacaq. Zvooq şirkəti ilə birgə əməkdaşlıqda baş tutan yeni “Music Streaming” proqramı çərçivəsində Azercell-lilər 25 milyon müxtəlif janrlı musiqi parçasını dinləmək imkanı əldə edirlər. Bu geniş siyahıda populyar xarici musiqi nümunələri ilə yanaşı, Azərbaycan musiqisinin inciləri də yer alıb. Sərgidə “Music Streaming” tətbiqini birbaşa sınaqdan keçirmək mümkündür.

Stendin “Yeni korporativ məhsullar” adlı bölümü "Azercell" kimi etibarlı tərəfdaşla biznesin rahat və effektiv idarə olunmasını təmin edən şirkətin korporativ müştəriləri üçün yaradılan unikal təkliflər yer alıb.

Bundan əlavə, "Azercell" müxtəlif təqdimatların keçirilməsi üçün xüsusi təlim otağının açılması ilə bu ilki sərgidə iştirakçılara tamamilə yeni, fərqli bir imkan da təklif edir. Azercell Akademiyası və Barama Innovasiya və Sahibkarlıq Mərkəzinin mütəxəssisləri tərəfindən informasiya texnologiyaları, startap proqramları, təqdimat bacarıqları və s. mövzular üzrə keçirilən peşəkar təlimlər istənilən sərgi ziyarətçisi üçün açıq olacaq. Proqram və ətraflı məlumat üçün Azercell-in rəsmi Facebook səhifəsini izləmək tövsiyə olunur: https://www.facebook.com/azercell

Ənənələrinə sadiq qalaraq, bu il də "Azercell" stendini ziyarət edən qonaqları artıq yaxşı tanınan “Əyləncə Zonasında” müxtəlif maraqlı oyunlar, intellektual müsabiqələr və mükafatlar gözləyir.

BakuTel-2015 sərgisinə gəlib, Azercell-ə həm öyrənin, həm də əylənin!

Daha ətraflı məlumat üçün: news@mcs.az

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Azercell texnoloji zirvələri özün fəth et


RƏYLƏR


Top news