Azərbaycan-Belarus münasibətlərinin inkişafında dini-mənəvi əlaqələrin böyük rolu var

Azərbaycan-Belarus münasibətlərinin inkişafında dini-mənəvi əlaqələrin böyük rolu var
15:48 2 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, AZƏRTAC
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Belarusun Azərbaycanda yeni təyin olunmuş səfiri Gennadi Axramoviçlə görüşüb.
İdarədən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və Belarus xalqları arasında dostluq, qardaşlıq əlaqələrinin yüksək səviyyədə olduğu qeyd edilib. Bu tarixi, ənənəvi əlaqələrin inkişafında dini-mənəvi əməkdaşlığın da böyük rolunun olduğu vurğulanıb. Bu xüsusda, Qafqaz Müsəlmanları İdarəsi ilə Belarusun dini mərkəzi – Patriarx Ekzarxlığı arasında dinlərarası dialoq sahəsində müsbət iş təcrübəsinin olduğu diqqətə çatdırılıb.
Bildirilib ki, Allahşükür Paşazadənin Belarusun fəxri Mitropoliti Filaretlə dostluq, qardaşlıq və faydalı əməkdaşlıq əlaqələri sayəsində birgə keçirilmiş beynəlxalq tədbirlər çərçivəsində xalqlarımızı narahat edən problemlərə, dövrün aktual məsələlərinə münasibət açıqlanıb, fəal mövqe nümayiş etdirilib.
Belarus Kilsəsinin Mitropoliti Pavellə birgə fəaliyyətləri sayəsində Azərbaycan-Belarus dini-mənəvi əlaqələrinin davam və inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirən QMİ sədri MDB Dinlərarası Şurasının həmsədri kimi də bu əlaqələrin möhkəmlənməsində maraqlı olduğunu deyib.
Belarusa səfərlərini məmnunluqla xatırlayan şeyxülislam A. Paşazadə hər zaman qardaş Belarus xalqından və ölkə rəhbərliyindən dərin ehtiram gördüyünü bildirib.
Söhbət zamanı vurğulanıb ki, Belarusun ölkəmizdə uzun illər ərzində səfiri olan Nikolay Patskeviçin Azərbaycan-Belarus əlaqələrinin inkişafında dəyərli xidmətləri var. Təməli möhkəm olan əlaqələrin yeni səfirin xidmətləri sayəsində daha da dərinləşəcəyinə əminlik ifadə olunub.
Görüşdə Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr və QMİ sədrinin birinci müavini Müfti Salman Musayev də iştirak ediblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Belarus_munasibetlerinin_inkisafinda_dini_menevi_elaqelerin_boyuk_rolu_var-907556

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR