Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"SOCAR-Georgia" Tbilisidə tarixi binanı bərpa edir - FOTO

"SOCAR-Georgia" Tbilisidə tarixi binanı bərpa edir - FOTO

Date: 2 December 2015 15:57

SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin həyata keçirdiyi layihələrin ümumi strategiyasına ətraf mühitə, ekologiyaya, şəhərin memarlıq görüntüsünə ziyan vurulmaması, mədəniyyət abidələrinə tam ehtiyatla yanaşılması prinspiləri daxildir.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu prinsiplərə sadiq qalaraq, şirkət Tbilisidəki nümayəndəliyinin ərazisində olan tarixi binanın bərpasına qərar verib. 1900-1905-ci illərdə memar Aleksandr Şimkeviç tərəfindən ucaldılmış bina əvvəlcə yeləşdiyi küçənin səviyyəsinə qaldırılacaq, sonra isə yenidən qurulacaq. Binanın qaldırılması işi iki il əvvəl Bakıda tarixi binanın yerinin dəyişdirilməsi kimi unikal layihəni həyata keçirmiş Hollandiyanın "Bresser" şirkətinə həvalə olunub. Tbilisidə tarixi binanın qaldırılması texniki mənada Cənubi Qafqazda və qonşu regionlarda ilk belə unikal layihə olacaq.

Bina 3,4 metr hündürlüyə qaldırılacaq, fundamenti möhkəmləndirildikdən sonra bərpa edilərək "SOCAR-Georgia"nın qonaq evi kimi istifadə olunacaq. Bu layihə Tbilisi meriyası, Gürcüstan Mədəniyyət Nazirliyi və Mədəni İrsin Qorunması üzrə Milli Agentlik tərəfindən dəstəklənib.

Milli.Az







Tags:  SOCAR-Georgia Tbilisidə tarixi binanı bərpa edir FOTO



RƏYLƏR


Top news