Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Azərkosmos" Fransanın "Airanespace" şirkəti ilə müqavilə imzalayıb

"Azərkosmos" Fransanın "Airanespace" şirkəti ilə müqavilə imzalayıb

Date: 2 December 2015 15:57

Bakı. 2 dekabr. REPORT.AZ/ Bu gün "Azərkosmos" ASC və Fransanın “Airanespace” şirkəti arasında Azərbaycanın ikinci telekommunikasiya peykinin geostasionar orbitə çıxarılmasına dair müqavilə imzalanıb. "Report" xəbər verir ki, imzalanma mərasimi bu gün Bakıda keçirilən "Bakutel-2015" telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı çərçivəsində imzalanıb.
Peyk "Ariane-5ECA" raket daşıyıcısının köməyi ilə geostasionar orbitə çıxarılacaq.
“Airanespace” şirkəti Azərbaycanın ilk "AzerSat" telekommunikasiya peykini "Ariane-5ECA" raket daşıyıcısının köməyi ilə geostasionar orbitə buraxıb. “Airanespace” ilə müqavilənin dəyəri 93 mln. dollar təşkil olub.
“Azerspace-2” peykinin 2017-ci ildə orbitə buraxılması planlaşdırılır. “İntelsat” ilə “Azərkosmos” ASC-nin uzunmüddətli razılaşmasına əsasən, 45° şərq uzunluğu orbital mövqeyində yerləşəcək “Azerspace-2” Afrika, Avropa, Asiya və Yaxın Şərq regionlarını əhatə edəcək.
“Azərkosmos” “Space Systems/Loral” (SSL) şirkəti ilə “Azerspace-2” peykinin istehsalına dair müqavilə imzalayıb. Müqavilənin dəyəri $191,36 təşkil edir.
“Azerspace-2” peyk layihəsi Kanadanın “Export Development Canada” (EDC) ixrac kredit agentliyi tərəfindən uzunmüddətli və güzəştli kredit xətti vasitəsilə maliyyələşdiriləcək.
Qeyd edək ki, müqavilənin imzalanma mərasimində dövlət başçısı İlham Əliyev də iştirak edib.

Tags:  Azərkosmos Fransanın Airanespace şirkəti müqavilə imzalayıb

RƏYLƏR


Top news