Bakı. Hüseyn Vəliyev - Trend:
"Azərkosmos" ASC və Fransanın "Arianespace" şirkəti Azərbaycanın ikinci telekommunikasiya peykinin - "Azerspace-2/Intelsat 38" - buraxılması üzrə müqavilə imzalayıblar.
Trend-in məlumatına görə, müqavilənin imzalanması bu gün "BakuTel-2015" Beynəlxalq telekommunikasiya sərgi-konfransı çərçivəsində baş tutub.
Xatırladaq ki, "Arianespace" şirkəti ll telekommunikasiya peykinin orbitə buraxılması üzrə tenderin qalibi olmuşdu.
Peykin 2017-ci ildə orbitə buraxılması gözlənilir.
Bizi Twitter-dən izləyin: @trend_az