Rauf Əliyev: Nardarandakı hadisənin arxasında antiazərbaycan qüvvələr durur

Rauf Əliyev: Nardarandakı hadisənin arxasında antiazərbaycan qüvvələr durur
15:58 2 Dekabr 2015
31 Ölkə
Ölkə mətbuatı
A- A+

​İngiltərədəki terrorun arxasında kimlər dayanır? (23 May 2017 11:37)
"ÜAK-ın ləğvinin arxasında Rusiya-Azərbaycan dostluğunu qəbul edə bilməyən qüvvələr dayanır" (13 May 2017 09:32)
Veteranlar Təşkilatı: ÜAK-ın ləğvinin arxasında Rusiya-Azəbaycan dostluğunu qəbul edə bilməyən qüvvələr dayanır (13 May 2017 09:15)

Bakı. Trend:

Nardaran qəsəbəsində baş verən hadisələr bir daha göstərir ki, xaricdə mövcud olan antiazərbaycan qüvvələr fürsət düşdükcə daxildə özlərinə müəyyən dayaqlar axtarır və ölkəmizdə sabitliyi, əmin-amanlığı pozmağa çalışırlar. Bunu Trend-ə Milli Məclisin deputatı Rauf Əliyev Nardaran qəsəbəsində baş verən hadisələrə münasibət bildirərkən deyib.

R.Əliyev bildirib ki, qəsəbədə baş verənlərin dinlə, islamla heç bir əlaqəsi yoxdur: "Azərbaycan dünyəvi dövlətdir, din dövlətdən ayrıdır. Dindarların öz dini ayinlərini həyata keçirmələri üçün respublikamızda hər bir şərait yaradılıb. Vaxtilə respublikamızda cəmi 17 məscid fəaliyyət göstərirdisə, hazırda məscidlərin sayı 2 minə çatıb. Sovet dövründə Məkkə, Kərbəla və Məşhəd ziyarətlərinə getmək mümkün deyildi. Ancaq indi hər il minlərlə dindar bu ziyarətgahları ziyarət edə bilir. Müstəqillik dövründə çoxlu sayda məscidlər tikilib, təmir olunub, ziyarətgahlar bərpa olunub. Dini bayramlar dövlət səviyyəsində qeyd olunur".

Millət vəkili deyib ki, Azərbaycan tolerantlıq nöqteyi-nəzərindən dünyada nümunə göstərilən dövlətlərdən biridir: "Digər millətlərin, dinlərin nümayəndələri öz dini bayramlarını sərbəst şəkildə qeyd edirlər. Bunun üçün hər bir şərait yaradılıb. Bütün bunları nəzərdən keçirtdikdən sonra sual olunur: bəs niyə bu qəsəbədə bu hadisə baş verib? Bir daha qeyd etmək lazımdır ki, bu hadisənin dinlə heç bir əlaqəsi yoxdur. Bu hadisənin arxasında antiazərbaycan qüvvələr durur. Fürsət düşdükcə bu qüvvələr Azərbaycanda mövcud olan ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirlər. Rəsmi mənbələrdən verilən məlumatlara görə, bu hadisə silahlı-cinayətkar dəstə tərəfindən Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmaq, təxribatlar, kütləvi iğtişaşlar, terror aktları törətməklə bütünlükdə konstitusiya quruluşunun dəyişdirilməsinə yönəlib".

Onun sözlərinə görə, bu qüvvələri təmsil edən şəxslər dini radikalizmi, ekstremizmi özlərinin əqidəsinə və həyat tərzinə çevirərək qəsəbədə ölkənin qanunlarını, dövlət atributlarını inkar edir, dinin təbliğatı ilə bağlı qanunvericiliyin tələblərini qəsdən pozur, azyaşlı və yeniyetmələr arasında cəhaləti və zorakılığı təbliğ edirlər: "Artıq dövlətin müvafiq sturukturları tərəfindən qəsəbədə qayda-qanunların bərpa olunması üçün müvafiq tədbirlər həyata keçirilir. Qəsəbədə radikal dini şüarlar sökulür, plakatlar və qara bayraqlar yığışdırılır".

R.Əliyev bildirib ki, Milli Məclisdə “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər edilməsi məqsədilə layihə hazırlanıb: "Dəyişikliklərə əsasən, xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarına islam dininə aid ayin və mərasimlərin aparılması qadağan edilir. Bundan əlavə, qanuna ediləcək digər dəyişikliyə görə ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üzərində gəzdirdiyi dini atribut istisna olmaqla) nümayiş etdirilməsi də qadağan olunur. Dini bayraqlar yalnız ibadətgahların, dini mərkəz və idarələrin üzərində yerləşdirilə bilər".

Millət vəkilinin sözlərinə görə, baş verən hadisələr göstərir ki, qəsəbədə əhali arasında birinci növbədə gənclər, yeniyetmələr və uşaqlar arasında geniş maarifləndirmə işlərinin aparılmasına ehtiyac var: "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Təhsil Nazirliyi, yerli icra hakimiyyəti və bələdiyə orqanları qəsəbədə zəruri olan maarifləndirmə tədbirlərini həyata keçirməlidirlər. Ancaq qoy antiazərbaycan qüvvələr bilsinlər ki, Azərbaycan hüquqi demokratik, güclü bir dövlətdir və Azərbaycan öz seçdiyi yolla uğurla inkişaf edəcək. Heç kim buna mane ola bilməyəcək".

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Xaricdə təhsil alanlara ŞAD XƏBƏR:

25 May 2017 01:52

Cocuq Mərcanlıda 1019 qəlpə tapılıb (FOTO)

25 May 2017 01:50

Etirazçılar iki nazirliyin binasına od vurdu

25 May 2017 01:34

Ənənəvi memarlığa çağdaş yanaşma - FOTO

25 May 2017 01:32

Mançester terrorçusunun atası saxlanıldı

25 May 2017 01:27

Avropa Liqasında FİNAL GECƏSİ FOTOLARDA

25 May 2017 01:23

Edin Ceko Avropa Liqası-2016/17-nin ən yaxşı bombardiri olub

25 May 2017 01:22

Məşhur teleaparıcı bu şəkillərə görə LAĞA QOYULDU - FOTOLAR

25 May 2017 01:03

"Mançester Yunayted" Avropa Liqasının qalibi oldu

25 May 2017 00:55

"Mançester Yunayted" qalib gəldi

25 May 2017 00:50

"Mançester Yunayted" tarixində ilk dəfə Avropa Liqasının qalibi olub

25 May 2017 00:42

ABŞ dövlət katibinin birinci müavini bəlli oldu

25 May 2017 00:39

Tərki-dünya “vəzifəsi” üçün işini atdı - FOTOLAR

25 May 2017 00:33

Güzəştli mənzilləri elektron qaydada necə əldə etmək olar? -

25 May 2017 00:31

Astroloji proqnoz - 25 may

25 May 2017 00:23

Braziliyada nümayişçilər daha bir nazirliyin binasını yandırıblar

25 May 2017 00:22

Fransada fövqəladə vəziyyət müddəti artırılır

25 May 2017 00:08

Günün qoroskopu: bir sıra sınaqdan keçməli olacaqsınız

25 May 2017 00:05

Cakartada törədilən terror aktı nəticəsində 3 polis ölüb

25 May 2017 00:02

Çiyələk alarkən onun saxlanma şəraitinə xüsusi fikir verilməlidir

24 May 2017 23:57

"Mən qabaqladığım kluba keçə bilmərəm"

24 May 2017 23:57

Yanıq xəsarəti alana bunları bir-bir edin - YADDA SAXLAYIN!

24 May 2017 23:57

Fəhlələr 300 milyon dollarlıq zümrüd tapdılar - 272 kq

24 May 2017 23:57

Xavi "Real"ın futbolçusunu təriflədi

24 May 2017 23:57

Göbələk xəstəliyi kişidən yoluxur? - QADINLAR, MÜTLƏQ OXUYUN

24 May 2017 23:57

Dünyadakı bütün evlərin ÜMUMİ QİYMƏTİ - İnanılmaz RƏQƏM

24 May 2017 23:52

"Mançester Yunayted" onu satır

24 May 2017 23:52

Da Vinçi klonlaşdırılır: alimlər onu yenidən dünyaya qaytaracaqlar

24 May 2017 23:47

Mbappe: "Yeni klub seçimində..."

24 May 2017 23:47

Meymun kökəlib bu hala düşdü: Tezliklə arıqlamasa... - FOTO

24 May 2017 23:47

Beyini qoruyan maddə

24 May 2017 23:47

Belyerin "Barselona"ya söz verib

24 May 2017 23:47

Qaşlar üçün parik hazırlandı

24 May 2017 23:42

Moskva qızları ən çox türkləri özlərinə ər seçirlər

24 May 2017 23:42

Acı bibər əlinizi göynətdisə, nə etməli? - ÜSULLAR

24 May 2017 23:42

Türkiyə Rusiya buğdası və günəbaxan yağının idxalını məhdudlaşdırıb

24 May 2017 23:42

Somalidə partlayış baş verib:

24 May 2017 23:40

"Sezar" kafesində ofisiant qız ona əxlaqsız hərəkət edən MÜŞTƏRİNİ ƏZİŞDİRDİ - VİDEO

24 May 2017 23:37

Siqaret çəkən qadınlara PİS XƏBƏR: hər 5 ildə...

24 May 2017 23:37

Yeni güclü antibiotik yaradıldı - Qorxulu dərdlərin dərmanı

24 May 2017 23:36

“Hitler babalarımıza...” - Dil məsələsi ÖLKƏNİ QARIŞDIRDI

24 May 2017 23:33

Üzündəki sızanaqlardan qeyri-adi üsulla xilas oldu - FOTO

24 May 2017 23:32

İlluziyanı xatırladan makiyajlar - FOTO

24 May 2017 23:32

Burada insan əməyinə ehtiyac yoxdur - SUPERMÜASİR AVTOPARK - FOTO

24 May 2017 23:32

Azərbaycan-Moldova əlaqələrinin 25 illiyi münasibətilə konfrans keçirilib -

24 May 2017 23:28

""Milan"ın Çempionlar Liqasına qayıtması çətin olacaq"

24 May 2017 23:27

Təbiətin "fotoşop etdiyi" 11 HEYVAN - FOTO

24 May 2017 23:22

Bu ilin dəbdə olan ən yaxşı interyer dizaynerləri - FOTO

24 May 2017 23:22

Nəhəng ilan qolf meydanında - VİDEO

24 May 2017 23:22

Hər gördüyünüzə inanmayın: o FOTOLAR əslində belə çəkilib

24 May 2017 23:17