BANM-də “Bacara bilərəm və ya etməliyəm” layihəsi təqdim olunub

BANM-də “Bacara bilərəm və ya etməliyəm” layihəsi təqdim olunub
16:08 2 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, AZƏRTAC 
Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Bakı Ali Neft Məktəbinin (BANM) birgə təşkilatçılığı ilə BANM-in tələbəsi Pakizə Paşayevanın “Bacara bilərəm və ya etməliyəm” (I can or I must) adlı layihəsinin təqdimatına həsr olunan tədbir keçirilib.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov təqdim olunan layihə barədə danışıb.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə gəncləri daim diqqətdə saxladığını bildirib. O, həmin dövrdə Ulu Öndərin azərbaycanlı gənclərin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almaları üçün geniş imkanlar yaratmasından danışıb. Qeyd olunub ki, hazırda Azərbaycan dövləti bu istiqamətdə işləri davam etdirir, ölkədə gənclər siyasəti uğurla həyata keçirilir. A.Əliyeva ölkəmizdə gənclər üçün yaradılan şəraitdən, Prezident İlham Əliyevin gənclərin inkişafına göstərdiyi böyük diqqət və qayğıdan söz açıb.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə, BANM-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zeynab Kazımova və başqaları Azərbaycanda gənclərin inkişafının dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu, Prezident İlham Əliyevin ölkəmizdə gənclərin fəaliyyətinə böyük dəstək göstərdiyini vurğulayıblar. Təqdim olunan layihənin gəncliyin təhsilə, elmə olan marağının artırılmasına xidmət etdiyi diqqətə çatdırılıb.
Bildirilib ki, “Bacara bilərəm və ya etməliyəm” (I can or I must) layihəsinin reallaşdırılmasının əsas məqsədi gənclərə geniş təhsil imkanları yaratmaq, həmçinin, karyera inkişafında böyük əhəmiyyət daşıyan ingilis dilini ümumi gedişatda seçilmiş layihə iştirakçılarına daha səmərəli üsullarla və intensiv öyrətməkdir.
Layihə ilkin mərhələdə üç ay davam edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/BANM_de_Bacara_bilerem_ve_ya_etmeliyem_layihesi_teqdim_olunub-907560

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR