Şəhid ailələri və əlilə ev verildi

Şəhid ailələri və əlilə ev verildi
16:11 2 Dekabr 2015
80 Digər
Ölkə mətbuatı
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən şəhid ailəsi və əlillərə evlərin verilməsi regionlarda davam etdirilir. Bu gün Göygöl və Gədəbəydə bu kateqoriyadan olan daha 3 ailəyə fərdi yaşayış evləri verildi.

ANS PRESS-in məlumatına görə, Göygöldə bu gün 2-ci Qarabağ müharibəsi əlili Qələndər Bağırova fərdi yaşayış evinin sənədləri təqdim olundu. Evi müharibə iştirakçısına Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimov təqdim etdi. Aşıqlı kəndində tikilən ev 3 otaqdan ibarətdir və lazımi şəraitlə təmin olunub. Müharibə illərindən sonra qardaşının evində qalmağa məcbur olan Bağırovlar ailəsinin nəhayət ki, öz evi oldu. Bir müddət əvvəl isə nazirlik tərəfindən Qələndər Bağırova avtomobil də verilib.

Bu gün həmçinin Gədəbəydə bu kateqoriyadan olan 2 ailəyə də yeni evlərin açarları və sənədləri təqdim olundu. Kənd yerlərində eyni layihə üzrə tikilən evlər ən vacib avadanlıqlarla da təchiz edilib.


Nazirlik tərəfindən inşa edilən evlər

"Son 15 ildə respublika üzrə 5 minə yaxın ailə evlə təmin olunub. Yaxın 3 il ərzində bu proqramı yekunlaşdırmalıyıq. Belə sürətlə gedən işlər göstərir ki, bu proqramın icrasını layiqincə yerinə yetirəcəyik" - deyə ƏƏSM nazirinin müavini İlqar Rəhimov bildirib.


Evin içəridən görüntüsü

Şəhid ailələri və əlillərin mənzillə təminatı haqqında Prezident İlham Əliyevin 20 İyun 2014-ci ilin tarixli sərəncamı var. Sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, konstitusiya quruluşunun, müstəqilliyinin qorunması uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxslərin ailələrinə, o cümlədən əlil olmuş şəxslərə mənzillərin alınması və ya tikilərək verilməsi probleminin 5 il ərzində mərhələlərlə həll olunmasını nəzərdə tutur.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=366224

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR