Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

QMİ sədrinin müavini: "Nardaran hadisələri Azərbaycana heç yaraşmırdı"

QMİ sədrinin müavini: "Nardaran hadisələri Azərbaycana heç yaraşmırdı"

Date: 2 December 2015 16:12

Bakı. 2 dekabr. REPORT.AZ/ "Nardaran qəsəbəsində baş verən hadisələr hamını, o cümlədən din xadimlərini narahat edir".
Bunu "Report"a müsahibəsində Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini, Bakı İslam Universitetinin rektoru, Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində yaradılmış "Heydər" Məscidi Kompleksi İdarəsinin sədri Sabir Həsənli bildirib.
O, belə hadisələrin baş verməsindən təəssüfləndiyini bildirib: "1990-cı illərin əvvəllərində qarışıqlıq yaşanmasına baxmayaraq, bu gün Azərbaycan ən sabit ölkələrdən biridir. Nardaranda baş verən hadisələr Azərbaycana heç yaraşmırdı".
S.Həsənli Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xüsusi bir bəyanat çıxış edərək Naradaran hadisələrini pislədiyini xatırladıb, hər iki tərəfdən ölənlərin olmasından təəssüfləndiyini bildirib.
QMİ sədrinin müavini bu gün İmam Hüseynə həsr olunmuş mərasimlərdən sui-istifadə edən xarici qüvvələrin olmasından təəssüfləndiyini bildirib: "Bu gün İmam Hüseynə həsr olunmuş mərasimlərdən sui-istifadə edən xarici qüvvələr var. Mən ölkə adı çəkmək istəmirəm. Yeni ittifaq, yeni sazişlər, yeni gizli və aşkar müqavilələr, imzalar və s. bu gün Azərbaycan üçün böyük təhlükəyə xəbərdarlıqdır. Ona görə də Azərbaycan xalqı birləşməli və özünü itərməməlidir. İnşallah belə də olacaq. Azərbaycan çox çətinliklərdən keçib. Bu gün Azərbaycan rəhbərliyi bu məsələlərdə çox qəti göstərişlər verib. Dövlətə uğurlar arzulayıram. Həqiqətən artılq Azərbaycan hakimiyyəti sınanmış hakimiyyətdir. Bu gün onun alternativi haqqında düşünmək Azərbaycan xalqına böyük xəyanətdir. İŞID-ın tərkibində vuruşan azərbaycanlıların bəzən "Ey Azərbaycan, ey Bakı, eşit, biz gələcəyik" kimi bəyanatları səslənir. Gəlin, həbsxanalar sizi gözləyir. Siz milləti təmsil edə bilməzsiniz. Suriyada oturub Azərbaycan haqqında fikir yürütməyə haqqınız yoxdur. Cəsarətiniz vardısa, gedib sözünüzü Dağlıq Qarabağda deyərdiniz".
Professor dünyada baş verən iğtişaşlara toxunub, həmçinin Türkiyədə baş verən hadisələri daim izlədiyini bildirib: "Biz Türkiyədə baş verən hadisələri daim izləmişik. Xeyli müddətdir ki, Türkiyədə bugünkü hakimiyyəti istəməyən müxalif qüvvələr və bundan da daha çox başqa dövlətlərin kəşfiyyat orqanlarının təsiri altında hərəkət edən ayrı-ayrı etnik qruplar ölkənin bütün şəhərlərində polis idarələrinə hücumlar edir və dağıntılar törədirlər. Biz bütün bunları ürək ağrısı ilə izləyirdik. Bir neçə il öncə Liviya, Misir, Tunisdə, İraqda hadisələr baş verdi. İraqda bu hadisələrin tarixi artıq 12-13 ilə keçir. Bu qədər illərdir ki, orada hər gün ölüm var. Bir növ, yiyəsizliyin ucbatından xarici qüvvələr İraqda İraq xalqına qarşı böyük zülümlər törədir".

Tags:  QMİ sədrinin müavini Nardaran hadisələri Azərbaycana heç yaraşmırdı

RƏYLƏR


Top news