Kür çayında biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır

Kür çayında biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır
16:13 2 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, AZƏRTAC 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə noyabr ayının üçüncü ongünlüyü üçün keçirdiyi monitorinqin nəticələrini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Kür çayında su sərfi noyabr ayının ikinci ongünlüyünə nisbətən azalaraq saniyədə 165 kubmetr təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4,2, Ağstafaçayda 3,9, Ağstafaçay su anbarında isə 3,4 dəfə yol verilən qatılıq həddini keçib.
Fenolların Araz çayı üzrə Horadizdə 3,7, Birinci Şahsevəndə 3,5, Bəhramtəpədə isə 3,4 dəfə yol verilən qatılıq həddini keçdiyi qeydə alınıb. Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.
Suyun oksigen rejiminin bütün məntəqələrdə sanitar norma daxilində dəyişdiyi müəyyən edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kur_chayinda_biogen_maddelerin_miqdari_normadan_defelerle_artiqdir-907561

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR