Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qadınların İKT Klubu “Bakutel 2015” sərgisi çərçivəsində ilk dəfə hesabat verəcək

Qadınların İKT Klubu “Bakutel 2015” sərgisi çərçivəsində  ilk dəfə  hesabat  verəcək

Date: 2 December 2015 16:16

Azərbaycan Qadınlarının İKT Klubu – “Femmes Digitales” “IE Venture Day Baku” layihəsi ilə birlikdə dekabrın 3-də Bakı şəhərində ayrıca sessiya keçirəcək. Sessiya zamanı panel müzakirələri şəklində qadınların informasiya-kommunikasiya texnologiyalarının və startap layihələrinin inkişafındakı rolu müzakirə ediləcək. Sessiya iştirakçıları öz uğur hekayələrini bölüşəcək, İKT sahəsində qızların və qadınların iştirak səviyyəsinin aşağı olmasının səbəblərini və bununla bağlı cəmiyyətdə yaranmış stereotipləri müzakirə edəcək, eləcə də bir sıra digər maraqlı mövzulara toxunacaqlar.
 
Çıxış edənlər arasında “Femmes Digitales” klubunun təsisçiləri – “Microsoft Azərbaycan” şirkətinin marketinq meneceri Səbinə Pərvizi, “B.EST Solutions” şirkətinin təsisçisi və direktoru Yana Krimpe, “WOWOMEN” (ALZA) layihəsinin yaradıcısı və rəhbəri Zara Apetrey Hüseynova, eləcə də Ukraynada yerləşən “Ekonomika Communication Hub” media evinin direktoru və “womo.com.ua” layihəsinin həmtəsisçisi İrina Rubis və Estoniyada keçirilən «Latitude59» beynəlxalq layihəsinin baş marketinq direktoru və bu ölkənin “e-Vətəndaşlıq” startap layihəsinin təşviqi ilə məşğul olan Annika Lyaş yer alacaq. 
 
Tədbirin gedişatında “Femmes Digitales”  klubu, həmçinin fəaliyyətinin ilk ildönümünü də qeyd edəcək. Xatırladaq ki, klubun rəsmi açılış mərasimi bir il əvvəl eyni tarixdə 20-ci “Bakutel” sərgi-konfransı çərçivəsində baş tutmuşdu. Klubun təsisçiləri ötən il ərzində klubun fəaliyyətinin nəticələrini müzakirə edəcək, bu müddət ərzində keçirilmiş maarifləndirici tədbirlər, qadınların İKT sahəsinə akademik və peşəkar maraqlarının təşviqi istiqamətində atılmış addımlar barədə məlumat verəcəklər.
 
Qeyd etmək lazımdır ki, ötən bir il ərzində klubun təsisçiləri və üzvləri tərəfindən bu qəbildən bir çox işlər görülüb. Klub xüsusilə də qızların və qadınların İKT sahəsində məşğulluğunun artırılması məqsədilə bu sahədə çalışan yerli şirkətlərlə səmərəli dialoq qurub. Konfrans ərzində iştirakçılar Azərbaycanın İKT sahəsində aparıcı vəzifələrdə çalışan müvəffəqiyyətli işgüzar qadınlarla və onların uğur hekayələri ilə tanış ola, eləcə də İT sahəsində uğurlu startap layihələrinə aparan yollar barədə məlumat ala biləcəklər.  



Tags:  Qadınların İKT Klubu Bakutel 2015 sərgisi çərçivəsində ilk dəfə hesabat verəcək



RƏYLƏR


Top news