Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İranda son 5 ildə yol qəzalarında təqribən 100 min nəfər həlak olub

İranda son 5 ildə yol qəzalarında təqribən 100 min nəfər həlak olub

Date: 2 December 2015 16:18

Bakı. Təmkin Cəfərov - Trend:

İranda son beş ildə yol-nəqliyyat hadisələri nəticəsində təqribən 100 min nəfər həyatını itirib.

Trend-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata əsasən, yol qəzalarında ölənlərin sayı 2010-cu ildən sonra azalmağa başlayıb. Statistikaya əsasən, 2010-cu ildə yol-nəqliyyat hadisələri zamanı 23 min 249 nəfər dünyasını dəyişib. Bu rəqəm 2011-ci ildə 20 min 68 nəfər, 2012-ci ildə 19 min 89, 2013-cü ildə 17 min 994, 2014-cü ildə isə 16 min 872 nəfər olub.

"Mehr" agentliyinin məlumatına görə, 2005-ci ildə İranda yol qəzalarında ölənlərin sayı rekord həddə olub. Belə ki, həmin il qəzalarda 27 min 746 nəfər dünyasını dəyişib. Bu isə ölkə mətbuatı vasitəsilə İran rəsmilərinə həyəcan siqnalının ötürülməsinə səbəb oldu. Hökumət bir sıra islahatlar apardı və 2007-ci ildən ölkə ərazisində yol qəzalarının sayı azalmağa başladı.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  İranda son ildə yol qəzalarında təqribən 100 min nəfər həlak olub

RƏYLƏR


Top news