Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Facebook”un rəhbəri xeyriyyəçiliyə 45 milyard dollar xərcləyəcək

“Facebook”un rəhbəri xeyriyyəçiliyə 45 milyard dollar xərcləyəcək

Date: 2 December 2015 16:18


Bakı, 2 dekabr, AZƏRTAC
Dünyanın ən böyük sosial şəbəkələrindən biri - “Facebook” kompaniyasının qurucusu və başçısı Mark Sukerberq şirkətin özünə və həyat yoldaşına aid aksiyalarının 99 faizini xeyriyyəçiliyə xərcləmək niyyətində olduğunu bəyan edib.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, bu barədə Sukerberq və həyat yoldaşı Prissilla Çan keçən həftə dünyaya gələn qızları Maksimə ünvanladıqları məktubda bildiriblər.
Hazırda “Facebook” sosial şəbəkəsinin aksiyalarının Sukerberqlərə aid olan 99 faizi 45 milyard dollar həcmində qiymətləndirilir. Sukerberqin “Facebook” səhifəsində dərc olunan məktubunda xeyriyyəçilik məqsədinə yönələcək vəsaitin fərdi təhsilə, xəstəliklərin müalicəsinə, insanların həmrəyliyi və möhkəm icmaların qurulmasına ayrılacağı deyilir. Sukerberq məktubda, həmçinin kompaniyanın başçısı və iri auksioner statusundan imtina etməyi planlaşdırmadığını da qeyd edib.
Xeyriyyəçilik layihələrini evli cütlük tərəfindən qurulan “Chan Zuckerberg Initiative” təşkilatı icra edəcək. Layihələrin təfərrüatları barədə yaxın aylarda məlumat veriləcəyi bildirilir.

Tags:  Facebookun rəhbəri xeyriyyəçiliyə 45 milyard dollar xərcləyəcək


RƏYLƏR


Top news