Nardaranda dini ayinlər icra olunub (VİDEO)

Nardaranda dini ayinlər icra olunub (VİDEO)
16:26 2 Dekabr 2015
94 Digər
Ölkə mətbuatı
A- A+

Məhərrəmlik ayının son günü paytaxtın Nardaran qəsəbəsində dini ayinlər həyata keçirilib.
Dini mərasimin icrası artıq başa çatıb.

ANS-in məlumatına görə, hələ də qəsəbənin ərazisi polis nəzarətindədir. Qəsəbəyə daxil olmaq istəyən maşın və sakinlər polis tərəfindən yoxlanıldıqdan sonra əraziyə buraxılır. Qəsəbəyə ancaq Nardaran qəsəbəsində qeydiyyatda olanların daxil olmasına icazə verilir.

Qeyd edək ki, dekabr ayının 1-də saat 08.00-da qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanılıb. Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olmuş, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.



Nardaranda vəziyyət

Nardaran qəsəbəsinin sakinlərindən, onların əmin-amanlığının təmin olunması naminə keçirilən xüsusi əməliyyat zamanı hüquq qaydasına ciddi riayət etmələri, ictimai asayiş, hakimiyyət nümayəndələrinin həyat və sağlamlığı üçün təhlükə törədən və şərait yaradan hərəkətlərə yol verməmələri, göstərişlərinə əməl etmələri tələb olunur.
Xüsusi əməliyyat Azərbaycan Respublikası Prezidentinin nəzarətindədir və onun gedişi mütəmadi məruzə olunur.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366233

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR