"Aygün xanıma telefon açdım, o isə əvəzində..."

"Aygün xanıma telefon açdım, o isə əvəzində..."
16:27 2 Dekabr 2015
69 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gün Heydər Əliyev Sarayında bəstəkar Aygün Səmədzadənin yaradıcılıq gecəsi keçirilib. Tədbirdə maraqlı məqamlardan biri də bəstəkar-müğənni Nazim Məmmədovun Aygün xanımla eyni səhnəni bölüşməsi olub.

Milli.Az bildirir ki, Nazim jurnalistlərə açıqlamasında deyib ki, bu əsərin səhnələşməsi ani qərar olub:

"Günorta saatlarında Aygün xanıma uğurlar diləmək üçün telefon açdım. O isə əvəzində məni konsertdə çıxış etməyə dəvət etdi. Aygün xanımın illər öncə bəstələdiyi, sözləri Sevinc Çılğına məxsus "Mən də varam" adlı əsəri məşqsiz tamaşaçılara təqdim olundu.

Hiss etdim ki, hər kəs çox bəyəndi. Sözsüz ki, Aygün Səmədzadə nəhəng bəstəkardır və onun müşayiəti ilə olan hər bir çıxış möhtəşəm alınır".

Nazim Məmmədovu Aygün Səmədzadə ilə yanaşı Teymur Göyçayevin rəhbərli ilə Kamera Orkestri də müşayiət edib: "Bu cür əvəzolunmaz insanlarla bir səhnəni bölüşərkən, anladım ki, oxumağı yadırğamışam. Amma bu hissləri mənə yaşadan Aygün xanıma sonsuz təşəkkür edirəm".  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/387064.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR