Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Osvensimdən olan sanitar məhkəmədən yaxa qurtara bilməyəcək

Osvensimdən olan sanitar məhkəmədən yaxa qurtara bilməyəcək

Date: 2 December 2015 16:28


Berlin, 2 dekabr, AZƏRTAC
Meklenburq- Ön Pomeraniya federal əyalətinin 95 yaşlı sakini, 1944-cü ildə Osvensim əsir düşərgəsində sanitar vəzifəsində işləmiş, məlum səbəblərə görə adı açıqlanmayan şəxs, axır ki, məhkəmə qarşısında cavab verməli olacaq.
Epd agentliyinin verdiyi məlumata görə, bunu Noyebranderburq əyalət məhkəməsi elan edib. Müttəhim Osvensimdə 3600-dən çox məhbusun qətlə yetirilməsində əli olmaqda təqsirləndirilir.
2015-ci ilin iyun ayında Noyebranderburq dairə məhkəməsi bu müttəhim barəsində prosesin aparılmasından imtina edib. Məhkəmənin verdiyi məlumata görə, o vaxt 94 yaşı olan müttəhim qocalıq demensiyasından əziyyət çəkirdi. Bu xəstəlik müxtəlif koqnitiv pozuntulara gətirib çıxarır. Ekspertlər etiraf ediblər ki, müttəhimin səhhəti daim pisləşdiyinə görə o, məhkəmə prosesində iştirak edə bilmir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Tags:  Osvensimdən olan sanitar məhkəmədən yaxa qurtara bilməyəcək


RƏYLƏR


Top news