Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bu il Kliniki Tibb Mərkəzin toksikologiya şöbəsinə 1804 nəfər müraciət edib

Bu il Kliniki Tibb Mərkəzin toksikologiya şöbəsinə 1804 nəfər müraciət edib

Date: 2 December 2015 16:28


Bakı, 2 dekabr, AZƏRTAC
İlan və əqrəb sancması, zəhərlənmə diaqnozu ilə Səhiyyə Nazirliyi Kliniki Tibb Mərkəzin toksikologiya şöbəsinə il ərzində orta hesabla 2000-2100 xəstə müraciət edir.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bu ilin 9 ayı ərzində isə toksikologiya şöbəsinə 1804 nəfər müraciət edib. Onlardan təqribən 700-ü evdə lazımi şəraitdə saxlanmayan və istifadə müddəti bitən dərman preparatlarından zəhərlənmə diaqnozu ilə şöbəyə gətirilib. Bundan başqa, şöbəyə alkoqol ilə zəhərlənmələrlə 89 xəstə, üzvü həlledicilərlə zəhərlənmələrlə 63 xəstə, yandırıcı məhlullarla zəhərlənmələrlə 245 xəstə, məişət kimya məhsulları ilə zəhərlənmələrlə 5 xəstə, dəm qazı və digər toksiki qazlarla zəhərlənmələrlə 249 хəstə, pestisidlərlə zəhərlənmələrlə 64 xəstə, göbələk və zəhərli bitkilərlə zəhərlənmələrlə 31 xəstə, zəhərli heyvanlarla bağlı zəhərlənmələrlə 68 xəstə, kəskin toksiko-allerqik reaksiyalar və digər zəhərlənmələrlə 236 xəstə daxil olub. Vaxtında şöbəyə müraciət edənlərin hər birinin həyatını xilas etmək mümkün olub.

Tags:  il Kliniki Tibb Mərkəzin toksikologiya şöbəsinə 1804 nəfər müraciət edib


RƏYLƏR


Top news