Cahangir Novruzov tamaşa hazırlamaq üçün Bakıya gəlib

Cahangir Novruzov tamaşa hazırlamaq üçün Bakıya gəlib
16:31 2 Dekabr 2015
22 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanın əməkdar incəsənət xadimi, Türkiyənin Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov "Qu quşunun nəğməsi" tamaşasının məşqlərini davam etdirmək üçün Bakıya gəlib.

Axşam.az "Report"a istinadən xəbər verir ki, bu barədə Cahangir Novruzov məlumat verib.

O qeyd edib ki, dekabrın 23-də Akademik Milli Dram Teatrında Azərbaycan professional teatrının banilərindən biri, görkəmli aktyor, teatr xadimi və pedaqoq Cahangir Zeynalovun 150 illik yubiley qeyd olunacaq:

"Yubiley münasibətilə Milli Dram Teatrında A.P.Çexovun "Kalxas" əsəri əsasında "Qu quşunun nəğməsi" adlı tamaşaya quruluş verirəm. Tamaşanın məşqləri yayda başlayıb. Amma Türkiyədə işlərimin çoxluğuna görə, tamaşanın məşqlərinə bir müddət fasilə vermişdik. Hazırda Bakıdayam və tamaşanın məşqi qaldığı yerdən davam edir və premyeraya hazırlaşırıq".

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin təsdiqlədiyi tədbirlər planına əsasən, C.Zeynalovun yubileyinə hazırlıq çərçivəsində "Cahangirdən Cahangirə" adlı layihə hazırlanıb.

Yubiley tədbirində yubilyarın nəvəsi, əməkdar incəsənət xadimi Cahangir Novruzovun rejissorluğu ilə A.P.Çexovun "Kalxas" əsəri əsasında "Qu quşunun nəğməsi" adlı tamaşa təqdim ediləcək. Səhnə əsərində baş rolda Cahangir Novruzov çıxış edəcək. Xatırladaq ki, əsərdə baş qəhrəmanı canlandıran Cahangir Novruzov əsəri Azərbaycan dilinə tərcümə edib. C.Novruzov bu əsərlə uzun müddətdən sonra Azərbaycan teatrının səhnəsində çıxış edəcək.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=41801

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR