Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Rusiyadan şok açıqlama: "Ərdoğanla ailəsi İŞİD-dən..."

Rusiyadan şok açıqlama: "Ərdoğanla ailəsi İŞİD-dən..."

Tillersonun Ankara səfərinin gündəliyi açıqlandı (25 Mart 2017 08:48)
"Əslində, biz İŞİD-i vururduq" - Rusiyadan Türkiyəyə cavab (10 Fevral 2017 12:32)

Tarix: 2 Dekabr 2015 16:32

Rəsmi Moskva Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla və onun ailəsini İŞİD terror təşkilatının Suriyada ələ keçirdiyi ərazilərdən neft məhsulları alışlarında əli olmaqda suçlayıb.

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, bunu Rusiyanın müdafiə nazirinin müavini Anatoli Antonov bu gün Moskvada keçirdiyi brifinqdə deyib.

"İŞİD-in qəsb etdiyi neftin əsas alıcısı Türkiyədir. Bu cinayətkar biznesdə ölkənin ali rəhbərliyi  -prezident Ərdoğan və onun ailəsi iştirak edirlər", - Antonov deyib.

Brifinqdə daha sonra bildirilib ki, bu məlumatlar peyk çəkilişləri, informasiyalar və kəşfiyyat məlumatları ilə təsdiqlənir.

Milli.Az


Teqlər:  Rusiyadan şok açıqlama Ərdoğanla ailəsi İŞİD-dən



RƏYLƏR


Top xəbərlər