​Türkiyə və Qətər təbii qaz alqı-satqısına dair müqavilə imzalayıb

16:32 2 Dekabr 2015
85 Dünya
Ölkə mətbuatı
A- A+

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, anlaşmaya əsasən, Qətər Türkiyəyə maye qaz ixrac edəcək.
Türkiyə sərhədini pozduğu üçün vurulan Rusiya təyyarəsi ilə bağlı rəsmi Ankara və Moskva arasında təbii qaza dair böhranın yaranacağı ehtimal edilir. Rusiyanın Türkiyəyə satdığı "mavi yanacağı" kəsəcəyi halda rəsmi Ankara Qətərdən qaz alacaq. Artıq "BOTAŞ"la "Katar petrol" bununla bağlı anlaşma imzalyıb. 
Qeyd edək ki, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gecə Qətərə səfər edib. O, bir müddət öncə bildirmişdi ki, Rusiya təbii qaz nəqlinin dayandıracağı halda Azərbyacan, İran və Qətərdən "mavi yanacaq" idxalını artıracaqlar. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiye-ve-qeter-tebii-qaza-dair-muqavile-imzalayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR