​SOCAR Tbilisidə tarixi binanı bərpa etdirir

16:37 2 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu prinsiplərə sadiq qalaraq, şirkət Tbilisidəki nümayəndəliyinin ərazisində olan tarixi binanın bərpasına qərar verib.
Qeyd edək ki, 1900-1905-ci illərdə memar Aleksandr Şimkeviç tərəfindən ucaldılmış bina əvvəlcə yerləşdiyi küçənin səviyyəsinə qaldırılacaq, sonra isə yenidən qurulacaq. Binanın qaldırılması işi iki il əvvəl Bakıda tarixi binanın yerinin dəyişdirilməsi kimi unikal layihəni həyata keçirmiş Hollandiyanın "Bresser" şirkətinə həvalə olunub. Tbilisidə tarixi binanın qaldırılması texniki mənada Cənubi Qafqazda və qonşu regionlarda ilk belə unikal layihə olacaq. Bina 3,4 metr hündürlüyə qaldırılacaq, fundamenti möhkəmləndirildikdən sonra bərpa edilərək, "SOCAR-Georgia"nın qonaq evi kimi istifadə olunacaq. Bu layihə Tbilisi meriyası, Gürcüstanın Mədəniyyət Nazirliyi, Mədəni İrsin qorunması üzrə Milli Agentlik tərəfindən dəstəklənib.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/socar-tbiliside-tarixi-binani-berpa-etdirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR