Zaqatalada vəhhabi təriqətinə mənsub olduğu bildirilən şəxs 26 yaşlı oğlanın əllərini biləyindən kəsib.
Bir neçə gün öncə Zaqata şəhərində dəhşətli hadisə baş verib. Vüsal Vahid oğlu Bəşirov 1350 manata görə əllərini itirib.
Araz Abdullayev adlı şəxs ondan borc alan Vüsalı pulu qaytarmadığına görə əllərini biləyindən kəsib. Hadisəni törədən şəxs daha sonra polisə gedərək olanları danışıb və təslim olub.
Milli.Az xəbər verir ki, bu gün isə sosial şəbəkədə əlləri biləyindən kəsilən 26 yaşlı Vüsal Vahid oğlu Bəşirovun fotosu yayılıb. Qeyd edək ki, Vüsal daha əvvəl məhkumluq həyatı yaşayıb.
Həmin şəkili təqdim edirik.
Ceyhun Ələkbərov
Milli.Az