"21 Azər – 70" mövzusunda elmi konfrans keçirilib

"21 Azər – 70" mövzusunda elmi konfrans keçirilib
16:37 2 Dekabr 2015
28 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Bu gün AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə 1941-1946-cı illərdə İran xalqlarının və cənubi azərbaycanlıların milli-demokratik hərəkat tarixinə həsr olunmuş "21 Azər – 70" mövzusunda elmi konfrans keçirilib.
Bu barədə "Report"a institutdan məlumat verilib.
Tədbirə deputatlar Arif Rəhimzadə, Fərəc Quliyev də qatılıb.
Tədbiri giriş sözü ilə millət vəkili, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Gövhər Baxşəliyeva açıb və "21 Azər" hə­rə­ka­tının Ya­xın və Or­ta Şər­qdə mil­li-de­mo­kra­tik kök­lə­rə söy­kə­nən, əs­rin ən mütə­rəq­qi hə­rə­kat­la­rın­dan bi­ri olduğunu ­və Azərbaycan xalqının tarixində şan­lı bir sə­hi­fə aç­dığını bildirib: "Bu ta­rix bi­zim üçün ona gö­rə əziz və yad­da qa­lan­dır ki, Cə­nu­bi Azər­baycan­da ya­şay­an soy­daş­la­rı­mız zülmkar və ir­tica­çı şah­lıq re­ji­mi­nə qar­şı üsyan edib, öz­lə­ri­nin bə­şə­ri haq­la­rı olan mil­li-de­mo­kra­tik hüquq­la­rı­nı əldə edərək mil­li hö­ku­mət­lə­ri­ni qur­ub­lar".
G,Baxşəliyeva "21 Azər" hə­rə­ka­tının Azər­baycan ta­ri­xi­nin ən önəm­li sə­hi­fə­lə­rin­dən olduğunu vurğulayıb: "21 Azər" hə­rə­ka­tı nə­ticə­sin­də ya­ran­mış Azər­baycan Mil­li Hö­ku­mə­ti Azər­baycan ta­ri­xin­də ya­ra­dıl­an müstə­qil müa­sir mil­li döv­lət nümunəsi ol­ub. Azər­baycan Mil­li Hö­ku­mə­ti İran ad­la­nan öl­kə­də azər­baycan­lı­la­rın mil­li mux­ta­riyyət hüqu­qu­nu ta­nıy­an bir hö­ku­mət ki­mi fəa­liyyə­tə baş­la­yıb, da­ha so­nra isə siy­a­si is­ti­qa­mə­ti­ni müstə­qil döv­lət­çi­lik səm­ti­nə yön­lən­dir­mək is­ti­qa­mə­tin­də cid­di ad­dım­lar atıb. "21 Azər" hə­rə­ka­tı­nın ən səciyyə­vi, xa­rak­te­rik və azər­baycan­çı­lıq üçün əhə­miyyət­li cə­hət­lə­rin­dən bi­ri onun­la bağlı­dır ki, bu hə­rə­kat cə­nu­bi azər­baycan­lı­la­rın mil­li şüu­ru­nun for­ma­laş­ma­sı prosesini ba­şa çat­dır­mış ol­du". 
Tədbirin davamında mövzu ilə bağlı məruzələr dinlənilib.


Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/ce-nu-bi-azer-baycan-da-21-azerde-mil-li-ho-ku-met-in-qurulmasindan-70-il-otur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR