Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kür çayında suyun səviyyəsi aşağı düşüb, Salyan əhalisinə içməli su verilməsində çətinliklər yaranıb

Date: 2 December 2015 16:42

"Report" xəbər verir ki, bu özünü daha çox çayın Salyan rayonu ərazisindən keçən hissəsində göstərir.
Belə ki, təkcə son bir həftədə rayon ərazisində Kürün səviyyəsi 80 santimetrə yaxın aşağı düşüb. Nəticədə çayın ortasında yenidən adalar əmələ gəlib. Əhalini içməli su ilə təmin edən nasoslar quruda qalıb. Salyan rayonunun əhalisinə içməli suyun verilməsində çətinliklər yaranıb. 

Mütəxəssislərin fikrincə payız aylarında çayda suyun səviyyəsinin aşağı düşməsi halı Kür çayı üçün qeyri-xarakterikdir. Bu fəsildə Kür çayında əsasən bol sululuq müşahidə olunur.
Qeyd edək ki, çayın səviyyəsi aşağı düşsə də gələcək daşqınların qarşısını almaq məqsədi ilə Kür çayı üzərində yeni tikilən körpünün ətrafında bəndbərkitmə işləri də aparılır. Körpünün sağ və sol hissələrində uzunluğu 280 metr olan istinad divarları torpaqla doldurulur və bəndlər bərkidilir.

Tags:  Kür çayında suyun səviyyəsi aşağı düşüb Salyan əhalisinə içməli su verilməsində çətinliklər yaranıb


RƏYLƏR


Top news