"Danışanda Premyer Liqadan dəm vururuq..." - Kamal Quliyev

"Danışanda Premyer Liqadan dəm vururuq..." -   Kamal Quliyev
16:47 2 Dekabr 2015
31 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Neftçala”nı 1:0 hesabı ilə məğlub edən “Sumqayıt” adını növbəti mərhələyə yazdırıb. Oyundan sonra baş məşqçilər fikirlərini bildirib:


Vəfadar Quliyev (“Sumqayıt”ın məşqçisi): “Meydançanın vəziyyəti yaxşı deyildi. Ağır bir oyun oldu. Mən futbolçulara komandanın baş məşqçisi Samir Abbasovun adından, eləcə də öz adımdan təşəkkür edirəm, rəqibə isə uğurlar arzu edirəm". 


Kamal Quliyev (“Neftçala”nın baş məşqçisi): “Biz bu oyunu səbirsizliklə gözləyirdik. Danışanda Premyer Liqadan dəm vururuq, Premyer Liqada oynamaq istəyirik. Düşünürəm ki, ustalıq səviyyəsinə görə rəqib bizi üstələdi və son dəqiqədə qol vurdular. Komandamı təbrik edirəm, əzmkar oyun sərgilədilər. Mən futbolçularla söhbətdə demişdim ki, “Sumqayıt”la oyun bizim üçün sınaqdı. Bizim əsas məqsədimiz I divizionun qalibi olmaqdı. Kubok yarışında isə gücümüz çatan qədər mübarizə apardıq. Bundan artığını edə bilməzdik”.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotdananda-premyer-liqadan-dm-vururuqquot-t45882.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR