Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İlham Əliyev Argentinanın yeni Prezidentini təbrik edib

İlham Əliyev Argentinanın yeni Prezidentini təbrik edib

Date: 2 December 2015 16:52

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Argentina Respublikasının yeni seçilmiş Prezidenti Maurisio Makriyə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Makri,

Argentina Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Argentina arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Argentina xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Milli.Az


Tags:  İlham Əliyev Argentinanın yeni Prezidentini təbrik edib

RƏYLƏR


Top news