“Tata Steel Chess 2016” super-turnirinin 14 iştirakçısının adı məlum olub

“Tata Steel Chess 2016” super-turnirinin 14 iştirakçısının adı məlum olub
16:53 2 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, AZƏRTAC
Gələn il keçiriləcək “Tata Steel Chess 2016” beynəlxalq şahmat festivalının əsas, “A” turnirində oynayacaq 14 qrossmeysterdən 12-sinin adı turnirin təşkilatçıları tərəfindən noyabrın əvvəlində elan edilmişdi.
Artıq digər iki iştirakçının da adı məlum olub. Onlardan biri ukraynalı qrossmeyster Pavel Elyanov, digəri isə rusiyalı Yevgeni Tomaşevskidir.
Xatırladaq ki, “A” turnirinin iştirakçıları arasında Azərbaycan nümayəndəsi Şəhriyar Məmmədyarov da var.
Gələn il yanvarın 15-dən 31-dək Hollandiyanın Veyk-an-Zeya şəhərində 78-ci beynəlxalq şahmat festivalı keçiriləcək. Festivalın təşkilatçıları əsas, “A” turnirində çıxış edəcək heyəti bu gün açıqlayıblar.
Beləliklə, “A” turnirində Şəhriyar Məmmədyarovla bərabər Maqnus Karlsen (Norveç), Fabiano Karuana, Uesli So (hər ikisi – ABŞ), Din Lijen, Vey İn, Hou İfan (hamısı – Çin), Aniş Giri, Lyuk van Veli (hər ikisi – Hollandiya), Sergey Karyakin, Yevgeni Tomaşevski (hər ikisi Rusiya), Maykl Adams (İngiltərə), David Navara (Çexiya) və Pavel Elyanov (Ukrayna) daxildir.
Festivalda Azərbaycanın daha bir nümayəndəsi iştirak edəcək: qrossmeyster Nicat Abbasov “B” turnirində mükafata layiq yerlər uğrunda mübarizə aparacaq.
Ənənəyə görə, “Tata Steel Chess 2016” festivalının iştirakçıları iki səyyar tur keçirəcəklər. Həmin turlardan biri Amsterdamdakı NEMO elm muzeyində, digəri Utrextdə Dəmiryol Muzeyində təşkil olunacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tata_Steel_Chess_2016_super_turnirinin_14_istirakchisinin_adi_melum_olub-907589

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR