Sabah qondarma “erməni soyqırımı” qanunu Fransa parlamentində səsverməyə çıxarılacaq

Sabah qondarma “erməni soyqırımı” qanunu Fransa parlamentində səsverməyə çıxarılacaq
16:54 2 Dekabr 2015
44 Ölkə
Ölkə mətbuatı
A- A+

 

 

Sabah Fransa parlamenti qondarma “erməni soyqırımı”nı inkara görə cinayət məsuliyyəti nəzərdə tutan yeni qanun layihəsini səsverməyə çıxaracaq.

 

APA-nın xəbərinə görə, bu barədə “Nouvelles d`Armenie” məlumat yayıb. Yeni qanun layihəsinin də müəllifi ermənipərəst fransalı parlamentar Valeri Buayedir.

 

Qeyd edək ki, 2013-cü ildə həmin parlamentarın müəllifi olduğu uydurma “erməni soyqırımı”nı inkara görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsi Fransa Senatında qəbul edilsə də, Konstitusiya Şurası qanunu Fransa Konstitusiyasına uyğun hesab etməyərək qəbul etməkdən imtina etmişdi.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223678

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR