Nardaranda Eldar Mahmudov izləri: kölgələr dağılır

Nardaranda Eldar Mahmudov izləri: kölgələr dağılır
16:57 2 Dekabr 2015
100 Digər
Ölkə mətbuatı
A- A+

"Siz həqiqəti biləcəksiniz və bu həqiqət sizi pərişan edəcək, siz gerçəyi anlayacaqsınız və bu gerçək sizi gücləndirəcək" (ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin fasadındakı lövhə)

"Sizləri Yezidə qarşı mübarizəyə səyləyirəm. Əsla geri çəkilməməli, irəliləməli, onları əzmimiz, tövhidimiz, rəşadətimizlə məğlub etməliyik".
"Yezidlə mübarizə gərəkdir və biz bu mübarizədə geri çəkilməyəcəyik"
"İndi dünya miqyasında müxtəlif ölkələrdə əziz müsəlmanlar Yezidə qarşı mübarizə aparırlar və onlar rəşadətlərinə güvənərək geri çəkilməyəcəklər".
Üç açıqlama, üç bəyanat, üç çağırış və eyni zamanda, üç ultimatum.
Onlar sıralama ilə hacı Mövsüm Səmədova, hacı Taleh Bağırova və İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini Mənsur Həqiqətpura məxsusdur.

Ritorikanın oxşarlığı, hədəfin müəyyənləşməsi, arqumentlərin sadalanması və hədələrin formatı baxımından, sanki, bir müəllifin hazırladığı, sonra müxtəlif vaxtlarda bu adamlara söyləməyi tapşırdığı kəlmələrdir.
Hər üç açıqlama Nardaranla bağlıdır və çeşidli zamanlarda səslənib.
Səmədov, daha sonra Bağırov Abşerondakı qəsəbə statuslu bu kəndi az qala Əlamut qalası elan etmişdilər

İran paytaxtı Tehrandan təxminən 100 kilometr şimalda, Qəzvin vilayətində, Elburs və Talış dağlarının qovşağında qala xarabalıqları var.

Həmdallah Mustafainin yazdığına göbrə, Şəhrud və Əlamut çaylarının arasındakı vadidə, 200 metr yüksəlikdəki qayalığın zirvəsindəki bu qala 840-cı ildə tikilib.
Bu məkanı "Dağ Qocası" kimi tarixdə qalmış Həsən əs Səbbahın qalası da adlandırırlar.
Səbbah orta əsrlərdə bölgədəki xalqı qorxu içində saxlayan "həşəşin"lərin rəhbəri idi.
"Həşəşin"lər qatillər, fanatiklərdilər və ölümdən qorxmazdılar. Çünki qalaya aparılan və sonradan "həşəşin" ediləcək gənc oranın sakini elan olunur, sonra bu gənc zindana salınır, əzablara məruz qalırdı. Gecələrdən birinə ona həşiş verilirdi və beyni dumanlanan, gerçəklə xəyal arasında gərdiş edən gənci qalanın gizli məkanındakı bağa aparardılar. Bağ da, sanki, cənnət idi.
Gənc səhərə yaxın zindana qaytarılırdı və Həsən əs Səbbah onun yanına yollanıb "bu gecə cənnətdə oldun, ora qayıtmaq istəyirsənsə, dediklərimi sözsüz yerinə yetir, ölümdən sonra o cənnətdə olacaqsan" deyirdi.

Hurilər, bulaqlar, çarhovuzlar olan o gözəl bağa dönmək istəyən gənc də Sabbahın könüllü köləsinə çevrilirdi və bundan sonra onu "həşəşin"liyə hazırlamağa başlayırdılar.
... Nardaranı da Əlamut qalasına, oradakı gəncləri "həşəşin"lərə döndərmək istəyirdilər. Ki, "vaxt-vədə" çatanda bu fanatik, axirətə bu həyatdan çox inanan, Yezid ibn Müaviyə ilə savaşın bitmədiyinə qəti əmin olan, orta əsrlərin təfəkkürü və 700-800-cü illərin mənəvi orientirləri ilə beyni doldurulmuş gənclər əllərinə veriləcək silahla "Yezid"ə qarşı döyüşə başlasınlar.
"Yezid" qismində o gənclərə Azərbaycan hakimiyyəti təlqin edilmişdi.
Psixoloji təzyiq və mənəvi təlqinin ustaları olan adamlar sıralanır, Nardaranın mərkəzi meydanında bir-birlərini əvəzləyir, yeniyetmələri və gəncləri "ictihad"a səsləyir, Aşuranı "ədalət sinəkənliyi, haqq əzadarlığı"na çevirir, hətta uşaqlara belə "Kərbəla savaşının davam etdiyini" söyləyirdilər.
Sonuc göz qabağında idi.
Bakının yanındakı Nardaran zahirən yaşam, düşüncə və təsəvvür baxımından Bakıdan çox uzaqda idi.
Kəndə qədəm basan adamın ilk gördüyü qara bayraqlar, qırmızı hərflərlə yazılmış şüarlar, hər tərəfdə çağırışlardı.
"Təhlükə anı" sayılan vaxtda isə gənclər kənd yollarındakı qaz borularını döyəcləməyə başlayır, "camaat"ı etiraza, aksiyaya, nümayişə, mitinqə çağırırdılar.

"Camaat" sözü Nardaranda camaat deyildi, məhz "cəmaaat"ın yerli formasiyasına çevrilmişdi.
Əvvəl Mövsüm Səmədov, sonra Taleh Bağırov kimi "lider"lər nardaranları bitmək bilməyən mübarizəyə, qarşıdurmaya, cihada səsləyirdilər.
Həmin psevdocihad İslamda göstərilmiş "fərzül-əyn" və "fərxül-kifayə" hallarına zidd, Nardarandakı natiqlərin demaqogiya ünsürü idi.
Nədən ki, həmin adamlar "cihad" dedikdə müsəlmanın nöqsanları, tamahı, çatışmazlıqları ilə mübarizə apararaq öz zəifliyi üzərində qələbəsini yox, qarşı tərəf elan edilmiş hakimiyyəti zəiflətməyi, dövləti "məğlub" etməyi nəzərdə tuturdular.
Mübarizə üçün vasitələr də hazırlanırdı.
Astadan, ahəstə şəkildə.
Hər aksiya zamanı yollara tökülən daşlar, gənclərin əllərindəki armatur kəsikləri, sadəcə, zahiri anturajdı.
Əslindəsə Nardaranın bəlli yerlərində "Molotov kokteyl"ləri, avtomatlar və tapançalar, partladıcı maddələr, qumbaralar vardı.
Nardaran illərdən bəri həm özünə, həm də ətrafına meydan oxuyurdu və kənd camaatı da onları "cəmaaat"a döndərməyə çalışanlardan, mütəşəkkil cinayətkar qruplaşma formasında fəaliyyətindən, fanatizmindən çəkinərək "Yetər artıq!" deyə bilmirdilər.

Onlar sürəkli basqı, təzyiq, təsir altında idilər.
Məhz belə - felin keçmiş zamanında, indi Nardaran o məngənədən qurtulub.
Nardaranda söz felin ötənində olsa da, orada ötənlərdəki fel və fəsadın qarşısının alınmamasının səbəbləri maraqlı idi.
Di gəl, maraqlananlar susmağa üstünlük verirdilər.
Eynən Nardaran sakinləri təki, mütəşəkkil cinayətkar fəaliyyətdən, təzyiqdən və feldən çəkingənlik vardı.
Səbəbkarı uzaqda axtarmağa da lüzum yoxdu.
Onun çiyinlərində bərq vuran ulduzlar sıralanmışdı, çox yüksək vəzifədə idi, rəhbərlik etdiyi qurum sovet illərindən qalmış xofun əks-sədası təki qorxu yaradırdı.
Nardaranlıların özləri də bilirdilər ki, onları hədələyən, aksiyalara çağıran, dövlətə "yürüş etməyə" dəvət edən adamları görürlər, eşidirlər.
Hətta videokameralarla çəkirlər də.
Amma heç nə deyilmirdi və ən yaxşı halda qısamüddətli saxlama, tutulma ilə iş başa çatırdı.
Beləcə, aylar illəri əvəzləyirdi, Nardaran "qaynayan qazan" təsiri bağışlayırdı və hakimiyyət qarşısında hədə formasını alan tələblər səngimək bilmirdi.

Problemin həllinə birbaşa cavabdeh olan dövlət qurumlarının fəaliyyətsizliyi göz qarşısında idi.
Lakin görüntü yanlışdı: əksinə, fəaliyyət vardı. Amma dövlətin maraqlarına yox, şəxsi və korporativ maraqlara yönəlmiş əməllər.
"Nardaran oyunu" adlandıra biləcəyimiz proseslərə göz yuman, əslində onlardan bəhrələnməyə çalışan şəxs Milli Təhlükəsizlik Nazirliyinin artıq sabiq başçısı, general-polkovnik Eldar Mahmudov idi.
Nardarandakı xaosa son qoyulmasını istəyənlər MTN-nin apatiyasına, fəaliyyətsizliyinə, bərələn gözlərin hədəfləndiyi dövlətin maraqlarını qorumaq əvəzinə, gözləmək mövqeyini tutmasını təəccüblə seyr edirdilər.
Hər şey çox sadədir: Eldar Mahmudov Nardarandakı proseslərdən məhz öz maraqları üçün faydalanmaq, "lüzum" bildiyi anda hadisələrdən təzyiq vasitəsi qismində yararlanmaq, "rəqib və opponent" təki gördüyü adamlara təsir göstərmək aləti kimi istifadə etmək niyyətində idi.
Nardarandakı ekstremistlər özlərini faktiki olaraq nəzarətsiz sayırdılar və az qala qəsəbəni qonşu dövlətin ərazisi, kəndi, hətta qəryəsi sayırdılar.
"Müsəlman Birliyi Hərəkatı"nın rəhbəri Taleh Bağırovun toplantılar keçirməsi, həmin toplantılarda ölkədəki dünyəvi, demokratik quruluşa, tolerant cəmiyyətə qarşı çıxması, dövlət xadimlərini hədəf göstərməsi, aqressiv ritorika ilə "savaş və cidal" vədlərini səsləndirməsi - bütün bunlardan Eldar Mahmudovun xəbərsiz olduğunu, operativ məlumatların ona təqdim edilmədiyini düşünmək sadəlövhlükdür.
Nardaranda dinlə pərdələnmiş radikal və ekstremist, Azərbaycanı dini zəmində qarşıdurma xaosuna sürükləmək istəyən qüvvələri çox əvvəl zərərsizləşdirmək olardı.

Buna MTN-nin imkanı, səlahiyyətləri və qüvvəsi vardı, əlavə göstəriş və ya əlahiddə əmrə də zərurət duyulmurdu. 
Lakin Eldar Mahmudov gözləyirdi, hərəkətə keçmirdi və verilən suallara da "situasiya nəzarət altındadır" yalanlarıyla cavab verməklə "hər şeyin nəzarətdə" olmasıyla bağlı təsəvvür yaratmağa çalışırdı.
MTN-nin sabiq rəhbərinin bu mövqeyinin konkret məqsədləri, hansı perspektivlərə hesablandığını müəyyənləşdirmək indi ən ciddi zərurət duyulan məsələlərdən biridir bəlkə.
Nardaran olayları birbaşa milli təhlükəsizliyimiz üçün təhdidə çevrilsə də, problemin həlli süni şəkildə uzadılır, radikalların daha da azğınlaşlmasına, onların özlərini "güclü və qüvvətli hərəkat" hesab etmələrinə şərait yaradılırdı.
Təsadüfi deyil ki, ötən ilin sonlarında Nardarandakı ənənəvi "hədə nümayiş"ində meydanda çıxış edən "lider"lərdən biri demişdi: "Bizimlə oynamayın - lazım gəlsə, bütün Bakını ayağa qaldırar, Azərbaycanı üstünüzə salarıq".
Tragifars yaranmışdı.
MTN yalnız azadlığını və toxunulmazlığını ən üst səviyyədə sayıb yolunu "azan"ları tutur, həbs edir, onların fəaliyyətlərini araşdırırdı.
Tutulanlar da əksər hallarda Nardaranda formalaşmış anti-Azərbaycan qüvvəsinin ierarxiyasında ikinci, hətta üçüncü sırada duranlardı.
Liderlər saxlansalar da, az sonra buraxılır və əvvəlki əməllərinə, davranış məcralarına qayıdırdılar.
MTN başçısı artıq Eldar Mahmudov deyil və "nədənsə" Nardaran problemi çox qısa müddətdə, bir sıra başabəla "analitik"lərin ehtimallarına rəğmən rəvanlıqla həll olundu.

"Bütün Bakını ayağa qaldırarıq" deyənlər arasında tutulanlar tutuldu, aradan çıxanlarsa axtarışdadır. "Cəmaaat" olmaq istəməyən Nardaran camaatı da yerli ekstremistlərin və onlara dəstək verən Həqiqətpur təki "havadar"ların söylədiklərinin tam əksinə olaraq, kənddə xüsusi əməliyyat keçirən hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı yürümədilər. Toqquşma, kütləvi iğtişaşlar da olmadı.
Əslində, ola bilməzdi də.
Azərbaycan hakimiyyətini "diktatura və müstəbidlik, insan haqlarını pozmaq"da suçlayanlar illər boyu Nardaran sakinlərini, sanki, xunta təki idarə etməyə can ataraq kəndi arxaizm uçurumuna aparsalar da, onların real dəstəyə malik olmadıqları aşkarlandı.
Ölkədə demokratiya, normal yaşam, dünyəvilik və ən başlıcası, dini belə "dindar"lardan qorumaq üçün qəti addımlar atıldı, vətəndaşlar da dövlətinə arxa durdu.

Buna görə də sual cavabını gözləyir: MTN-nin sabiq rəhbərliyinin Nardarandakı proseslərdəki rolu nə idi, fəaliyyətsizliyi hansı səbəblərlə bağlı idi?
Kölgələr dağılır və dövlətimizdə yaşayıb dövlətə qənim kəsilənlərin mübhəm saxlamağa çalışdıqları çox mətləblər əyan olur.
Amma o mətləblərin arxasında duran müəlliflər qanun və dövlət qarşısında cavab verməlidir.
Bu, həm də nardaranlıların istəyidir.
O kəslərin ki orta əsrlərin xurafatında və zülmətində yaşamağa məhkum, həyatı "möminlik" sayanların göstərdikləri uçuruma getmək istəmirlər.

Elçin Alıoğlu
Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

İkardi Vierinin 16 illik nəticəsini təkrarladı

23 Aprel 2017 23:42

Sakit okeanda ABŞ-Yaponiya birgə hərbi təlimləri başladı

23 Aprel 2017 23:28

Xəsarətlə nəticələnən yol qəzası baş verib

23 Aprel 2017 23:27

Avtomobil 60 yaşlı qadını vurdu - Biləsuvarda

23 Aprel 2017 23:24

İlk görüşdə seks faydalıdır

23 Aprel 2017 23:23

İŞİD silahlıları İraqda hərbi nəqliyyata hücum ediblər: 10 ölü, 20 yaralı

23 Aprel 2017 23:17

"Qarabağ" kuboku aldı

23 Aprel 2017 23:13

Ərinin 18 il əvvəlki fotosunu paylaşdı

23 Aprel 2017 23:12

İnsanları anında tanıyın

23 Aprel 2017 23:10

Adriana Lima yenə libası ilə diqqət çəkdi - FOTO

23 Aprel 2017 23:05

Ev əşyaları ilə birgə yandı

23 Aprel 2017 23:00

Fransada prezident seçkilərinin ilkin nəticələri açıqlandı

23 Aprel 2017 22:58

Gürcüstanda ağır qəza: 6 ölü, 1 yaralı

23 Aprel 2017 22:54

Hərbçilərin qisası PKK-dan alındı

23 Aprel 2017 22:53

Parisin mərkəzində etiraz aksiyası başlayıb

23 Aprel 2017 22:47

Qüdrət Həsənquliyev: “Son vaxtlar Konstitusiyaya zidd qanunlar qəbul edirik”

23 Aprel 2017 22:43

Fransa DİN-i Le Peni prezident seçkilərinin favoriti adlandırıb

23 Aprel 2017 22:42

Dünyanın ən gözəl qadını kimdir?

23 Aprel 2017 22:41

"Azərbaycan-Türkiyə-Rusiya formatı çərçivəsində əməkdaşlıq regionda sabitliyi möhkəmləndirəcək"

23 Aprel 2017 22:37

Serialın baş qəhrəmanını bir də belə görün - FOTO

23 Aprel 2017 22:32

"Fənərbaxça" "Qalatasaray"ı belə məğlub etdi

23 Aprel 2017 22:29

Partlayışda ölən ATƏT əməkdaşının adı açıqlandı

23 Aprel 2017 22:28

Statistika Komitəsi həyəcan təbili çaldı: QIZLARI ÖLDÜRÜRLƏR

23 Aprel 2017 22:18

Bakı-2017: "Xəzərdən başlayan səyahət" Mingəçevirə yetişib - FOTO

23 Aprel 2017 22:17

Azərbaycan yığmasının futbolçusu Slovakiya çempionu olub

23 Aprel 2017 22:12

Sizə sevgili lazımdır?

23 Aprel 2017 22:11

Azərbaycanın 4 əsas iqtisadi rayonu açıqlandı

23 Aprel 2017 22:08

Bakıda avtomobil təmiri sexində yanğın olub, 1 maşın yanıb

23 Aprel 2017 22:05

Avtomobil təmiri sexində "VAZ" yandı

23 Aprel 2017 21:59

XİN rəhbəri: "Azərbaycan-Türkiyə-Rusiya formatı çərçivəsində əməkdaşlıq regionda sabitliyi möhkəmləndirəcək"

23 Aprel 2017 21:57

Bakıda faciəvi hadisə

23 Aprel 2017 21:54

"Klon" serialının "Lətifə"si indi nə işlə məşğuldur? - FOTO

23 Aprel 2017 21:52

İşə açıq geyimdə gedin

23 Aprel 2017 21:51

3 otaqlı ev yanıb

23 Aprel 2017 21:42

"Tottenhem" "Çelsi"nin antirekordunu yenilədi

23 Aprel 2017 21:37

Məşhur model hələ də körpəsini gizlədir - FOTO

23 Aprel 2017 21:32

Antisemitizm azalır

23 Aprel 2017 21:30

Yevlaxda ev əşyaları ilə birgə yandı

23 Aprel 2017 21:29

Avro-2017: təmsilçimiz qeyri-etik jest edib, yığmamıza məğlubiyyət verilib

23 Aprel 2017 21:13

Ən ağıllı heyvanların adları açıqlandı

23 Aprel 2017 21:08

Özcan Denizle yaşadığı eşq və qalmaqalla gündəmə gələn aktrisadan xəbər var - FOTO

23 Aprel 2017 20:57

Qırğızıstanda torpaq sürüşməsi olub, ölənlər var

23 Aprel 2017 20:52

"Qarabağ" "Sumqayıt"ın Avropa yolunu kəsdi - FOTOLAR

23 Aprel 2017 20:47

Atası atdı, anası övladlığa verdi, 8 yaşında narkotikə qurşandı - VİDEO

23 Aprel 2017 20:44

ATƏT-in avtomobili minaya düşdü

23 Aprel 2017 20:43

Fransa ilə bağlı əsaslandırılmamış məlumatlar yayılıb

23 Aprel 2017 20:42

On bir milyon fransız seçici səs verə bilməyəcək - "demokratik anomaliya"

23 Aprel 2017 20:37

"Toyota" markalı avtomobil yandı

23 Aprel 2017 20:34

Anar Məmmədxanovun ölümündən 6 il ötür - FOTO

23 Aprel 2017 20:32

"Neftçi"nin Avropaya vəsiqəni itirdiyi oyun - VİDEO

23 Aprel 2017 20:27