Qazaxıstan öz sahibkarlarını malları bərə ilə daşımağa çağırır

Qazaxıstan öz sahibkarlarını malları bərə ilə daşımağa çağırır
16:58 2 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, AZƏRTAC
Qazaxıstan Respublikası “Atameken” Milli Sahibkarlar Palatası (MSP) yerli sahibkarları öz mallarını bərə ilə daşımağa çağırır.
AZƏRTAC MSP-nin saytına istinadla xəbər verir ki, Palata yerli daşıyıcılar üçün alternativ marşrutlar tövsiyə edir.
Palatanın məlumatında deyilir: “Bu gün Qazaxıstana məxsus təxminən 78 vahid yük avtonəqliyyat vasitəsi Gömrük İttifaqının sərhədindədir və onların tranzit üsulla Rusiya Federasiyası ərazisindən (Verxniy Lars, Troyebortnoye və Krupets gömrük postlarından keçməklə) Qazaxıstana gəlməsi məhdudlaşdırılıb. Qazaxıstan Respublikasının (QR) səlahiyyətli dövlət orqanları – QR Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsi, QR İnvestisiyalar və İnkişaf Nazirliyinin Nəqliyyat Komitəsi və “Atameken” MSP yaranmış vəziyyəti öz səlahiyyətləri çərçivəsində tənzimləməyə çalışırlar. Bununla əlaqədar, Rusiya ərazisindən keçməklə Türkiyədən gələn yerli daşıyıcıların diqqətinə çatdırırıq ki, onların hərəkət yolunu şaxələndirmək məqsədi ilə müvəqqəti olaraq alternativ marşrutlardan istifadə etmək mümkündür.
Məsələn Aktau limanında bərə yüklərini müntəzəm emal etmək imkanı var.
Təkərli texnikanı “Merkuri-1” və “Akademik Zərifə Əliyeva” (Azərbaycan) tipli dəmiryol bərələrlə daşımaq təklif olunur. Bu tipli bərələrə, müvafiq sürətdə, 34 və 44 vahid təkərli texnika (avrofur) yerləşir. Bu bərələrin yüklənməsi üçün sərf edilən vaxt orta hesabla 14 saatdır.
Limanın ərazisində eyni vaxtda iki gəmi partiyası, yəni təqribən 75 vahid maşın yerləşə bilər.
Əlverişli hava şəraitində limanın aylıq buraxıcılıq qabiliyyəti 2,5 – 3 min təkərli texnikanın idxal və ixrac əməliyyatlarını yerinə yetirməyə imkan verir.
Hazırda Azərbaycanda bərə daşımaları Bakıda yerləşən terminaldan həyata keçirilir. Bakı limanından verilən məlumata görə, təkərli texnika daşınmasının planlaşdırılan həcmi ildə 20 min vahidə yaxındır”

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qazaxistan_oz_sahibkarlarini_mallari_bere_ile_dasimaga_chagirir-907593

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR