Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qətər Türkiyəyə maye qaz tədarük edəcək

Qətər Türkiyəyə maye qaz tədarük edəcək

Date: 2 December 2015 16:58

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Qətərlə maye qazın alışı haqqında müqavilə imzalayıb.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə razılaşma Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qətərə səfəri çərçivəsində əldə edilib.

Maye qazın hansı həcmdə tədarük ediləcəyi barədə məlumat verilmir.

Qeyd edək ki, müvafiq müqavilə Rusiyanın Türkiyəyə qaz tədarükünü dayandıra biləcəyi ehtimalı baxımından böyük önəm daşıyır.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Qətər Türkiyəyə maye qaz tədarük edəcək

RƏYLƏR


Top news